“Çoxmənzilli binaların vergiyə cəlb edilməsində ciddi problemlər var”-bunu Belediyye.infoya açıqlamasında Nəsimi Bələdiyyəsi Vergi xidmətinin rəisi Tərlan ismayılov bildirib.
Onun sözlərinə görə, hazırda ərazidə 191 yeni tikili var. Onlardan 115 artıq təhvil verilərək vətəndaşlar tərəfindən rəsmiləşdirilib. 35 bina hələlik təhvil verilməyib. 41 binada təhvil-təslim prosesi gedir.
115 “kupşalaşdırılmış” binada 11 500 mənzil var.
Xidmət rəisinin sözlərinə görə, hazırda bələdiyyə əməkdaşlarının aparıdığı maarifləndirmə işləri nəticəsində yalnız bu binaların 15%-dək sakinlərini vergiyə cəlb etmək mümkün olub.
Yeni tikili sahiblərinin uçotu aparılaraq hər birinin vergi borcu dəqiqləşdirilərək mənzillərə paylanılıb. Məqsədimiz ilin sonunadək sakinlərlə görüşləri intensivləşdirməklə ödəniş həcmini 45-50% dək artırmaqdır.
Belediyye.info