"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yeni tikililərdə idarəetməni kim təşkil etməlidir? MTK, yoxsa BəLəDiYYə

--2016-07-01 / 11:36

Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanovun Belediyye.infoya verdiyi məlumata görə, çoxmənzilli binaların, xüsusiylə də yenicə istifadəyə verilən binaların idarəetməsində ciddi problemlər mövcuddur. istər idarəetməsində, istər xidmətin təşkilində, istərsədə xidmət tarifləri fərqlənir. Hər kvadrat metrə görə qiymət 20 qəpikdən 1 (bir) manatadək dəyişir.

Təəsüflə bildirilməlidir ki,  bu sahəni inhisara almaq istəyində olan MTK-lar sakinlərin istəyini nəzərə almır və ya süni yollara əl ataraq sakini çətin seçim qarşısında qoyurlar. Sədrin sözlərinə görə, bina tam təhvil verildikdən sonra MTK bütün səlahiyyəti sakinlərə verməklə kənara çəkilməli və sakinlərin müstəqil seçimlərinə müdaxilə etməməlidir. Qanunvericilyə görə, əgər altı ay ərzində sakinlər özləri idarəetmə məsələsini həll edə bilmirlərsə, yəni “Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini” yarada bilmirlərsə, onda bələdiyyə binanı himayəyə götürüb tender elan etməli və qanunvericliklə binanın idarəetməsini qalib müəssisəyə təhvil verməlidir.

Ancaq hazırda bu prosesin icrasına MTK -lar həvəsli görsənmirlər, maraqlı deyillər, idarəetməni özlərindən kənara buraxmaq istəmirlər. ikinici bir məqam isə MTK-ların əldə etdikləri vəsaitdən vergi ödənişlərindən yayınmasıdır. Hər bir halda “qara qeydiyyat” aparıldığından vergidən yayınma halları istisna deyildir.

Qeyd edək ki, hazırda  Nəsimi rayonunda 191 yeni tikili var. Onlardan 115 artıq təhvil verilərək  vətəndaşlar  tərəfindən rəsmiləşdirilib. 35 bina hələlik təhvil verilməyib.  41 binada təhvil-təslim prosesi gedir.Ümumilikdə  115 “kupçalaşdırılmış” binada 11 500 mənzil var.

Bununla yanaşı   Nəsimi rayonunda  cəmi üç  “Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini” yaradılıb.

Belediyye.info

 

ŞƏRHLƏR