"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqinə dair seminar keçiriləcək

--2016-10-01 / 17:57

Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının əlaqələndiricisi Tofiq Həsənovun  Belediyye.infoya verdiyi məlumata görə,  üç oktyabr tarixində “Park iNN” otelində “Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sisteminin tətbiqi” mövzusunda seminar keçiriləcək.

T.Həsənovun sözlərinə görə, Bakı, Sumqayıt şəhərlərindən və Abşeron rayonunda formalaşan bələdiyyələrin sədrləri və aidiyyatı mütəxəssislərin iştirakı nəzərdə tutulub.

Tədbirin həftə ərzində respublikanın digər regionlarında, o cümlədən  Gəncə, şəki, Lənkəran, Bərdə, şabran və  şirvan şəhərlərində  keçirilməsi nəzərdə tutulur.

Assosiasiya rəsmisinin sözlərinə görə, bələdiyyələrdə yerli vergi və ödənişlərinin yığımının artırılması Bələdiyyə sədrlərinin III Ümumrespublika toplantısının qərarlarına əsasən qarşıya qoyulan əsas vəzifələrdən biridir. Hazırda bələdiyyələrdə uçot sisteminin olmaması, tədiyyəçilərlə münasibətlərin düzgün qurulmaması və tam mənada şəffaflığın təmin edilməməsi əsas çətinliklərdəndir.

Milli Assosiasiyaların təşəbbüsü ilə bələdiyyələrin  fəaliyyətinin təkmilləşdirilməsi, yerli (bələdiyyə) vergi və ödənişlərin yığılması prosesinin yaxşılaşdırılması məqsədilə Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən internet üzərindən onlayn qaydada bir serverdən idarə olunan yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemi hazırlanıb.

Tədbirdə məhz həmin sistemin təqdimatı keçirilməsi nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR