"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli büdcədə mədən vergisinin artımı hansı səbəbdən baş verib?

--2020-07-13 / 12:50

“Bizim ötən il əldə etdiyimiz maliyyə vəsaitində mədən vergisinin həcmini bir xeyli artıra bilmişk. Artıq bu artım carı ildə də davam etməkdədir”- bu sözləri Belediyye.infoya Bərdə bələdiyyəsinin sədri Sadiq Xəlilov bildirib.

Sədrin sözlərinə görə, ötən il Bərdə bələdiyyəsi 12.200 manatlıq mədən vergisi toplayıb ki, bu da 2018-ci ildəki rəqəmdən 5.5 dəfə artıqdır.

Sədr onu da bildirib ki, bu proses icrasında Prezident Administrasiyasının ərazi-təşkilat şöbəsinin bələdiyyələrlə iş sektorunun xüsusi zəhməti və rolu olduğu qeyd edilməlidir.

Bununla yanaşı mədən verigisini ödəməyən və ya ödəməkdən yayınan şəxslər barəsində borcun ödənilməiylə bağlı ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin tövsiyəsinə uyğun olaraq inzibati akt tərtib edib aidiyyəti üzrə Nazirliyin icra və probasiya şöbəsinə təqdim edirik. Bu prosesdə regional ədliyyə idarəsinin və icra- probasiya şöbəsinin də rolu danılmazdır. Bu günlərdə icra və probasiya şöbəsinin dəstəyi ilə 3000 manat borcu alınıb. Üst-üstə isə artıq yarım ildə 7.800 manatlıq mədən vergisi toplamışıq.

Ancaq problem ondadır ki, əldə etdiyimiz pullar bələdiyyənin əvvəlki rəhbərlərinin DSMF-yə yaratdığı borcların silinməsinə yönəldilir. Hazırda borcun həcmini ciddi fəaliyyətimiz nəticəsində 65.000 manatadək azalda bilmişik.

Belediyye.info

ŞƏRHLƏR