"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli büdcənin icrasına hansı orqan nəzarət edir? Soruşun cavab verək

--2019-05-03 / 15:33

          1. Torpaq mübahisələri hansı orqanlar tərəfindən həll edilir?

           Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir.

          Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır.

           2. Yerli büdcənin icrasına hansı orqan nəzarət edir?

           “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yerli büdcənin icrasına, ocümlədən sərf edilən vəsaitin büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.

       Hazırladı:  Çingiz Cavadov

Lənkəran regional ədliyyə idarəsinin

baş məsləhətçisi kiçik ədliyyə müşaviri

ŞƏRHLƏR