Məlum olduğu kimi, oktyabrın 30-dan noyabrın 5-dək ölkə bələdiyyələrində “Yerli Demokratiya Həftəsi” keçirilir.
Bu il yaradılmasının 10 illik yubiley tədbirləri çərçivəsində, Binəqədi qəsəbə Bələdiyyəsində də çoxsaylı tədbirlər keçirilmiş və davam davam etməkdədir. Bu məqsədlə 2 noyabr tarixində qəsəbənin Mədəniyyət Evində qəsəbə sakinləri ilə növbəti görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac əliyeva açdı. O, “Yerli Demokratiya Həftəsi”nin yaranma tarixindən, ötən 10 il müddətində görülən işlərdən danışaraq bildirdi ki, bələdiyyələrin fəaliyyətində şəffaflıq, sakin məmnunluğunu təmin edən xidmət, ödənişlərin vaxtında alınması və s. mühüm və prioritet məsələlərdəndir. Bundan əlavə, bələdiyyə sədri Binəqədi qəsəbə Bələdiyyəsinin cari ilin 9 ayında əldə olunan uğurlardan, qarşılaşılan problemlərdən də söz açdı. Daha sonra sakinlərin sualları, təklifləri dinlənildi.
Qeyd edək ki, görüşdə Binəqədi Rayon icra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə organları ilə iş şöbəsinin baş məsləhətçisi Hacıbaba Babayev, Binəqədi qəsəbəsi üzrə icra nümayəndəsi Adil Misirov da iştirak edirdi.
Belediyye,info