Xəzər rayonu Mərdəkan bələdiyyəsindən Belediyye.infoya bildirblər ki, həftə çox məhsuldar olub. Mərdəkan bələdiyyəsi bu il yerli demokratiya həftəsini daha çox gələcək nəslin maariflənməsinə həsr edib. Beləki, həftə ərzində qəsəbə ərazisində yerləşən hər üç məktəbin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib onlarla bələdiyyənin fəaliyyəti haqqında izahat işləri aparılıb, maarifləndirici bukletlər paylanılb.
əlavə olaraq bələdiyyənin akt zalında gənclərlə "Narkomaniya ilə mübarizə cəmiyyətin xilası deməkdir" mövzusunda dəyirmi masa geçirilib və dəvət olunmuş həkim-narkoloqun sayəsində onlara narkotik vasitələrin insanın sağlamlığına və mənəviyyətinə vuran zərərdən söhbət açılıb, mövzuya uyğun film nümayiş olunub.
Sonda Mərdəkan bələdiyyəsi minnətdarlıq etməyi də unutmayıb:
“Bu tədbirlərin keçirilməsində köməyi və dəstəyi olan hər kəsə: məktəb direktorları başda olmaqla bütün müəllim və şagird heyətinə, eləcədə bələdiyyə əməkdaşlarıma, o cümlədən 123 saylı orta məktəbin müəllimi Elşad əzimova təşəkkürümüz bildiririk.”
Belediyye.info
|
|
|
|
|
|
|
|