"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli idarəçilər Bosniya-Hersoqavinada toplaşacaqlar

--2016-05-08 / 23:02

Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) idarə Heyətinin istanbul  Birlik mərkəzində növbəti iclası baş tutub. TTBB sədri ibrahim Karaosmanoğlunun sədrliyi ilə keçən iclasa idarə Heyəti üzvləri Zeytinburnu Bələdiyə sədri Murat Aydın, Beykoz Bələdiyə sədri Yücel Çelikbilek, şahinbey Bələdiyə sədri Mehmet Tahmazoğlu, Keçiören Bələdiyə sədri Mustafa Ak, Selçuklu Bələdiyə sədri Uğur ibrahim Altay və TDBB baş katibi Fəxri Solak qatılıb.

Türk Dünyası Bələdiyyələr Birliyinin yaydığı məlumata görə, Baş Katib Fəxri Solakın birlik tərəfindən reallaşdırılan fəaliyyətlər və qarşıdakı müddətdə icrası planlaşdırılan məsələlər haqqında məlumat verməsiylə başlayan iclas gündəmdəki mövzuların müzakirəsiylə davam edib.

iclasda 27-30 may 2016-cı il  tarixində Bosniya-Hersoqavinada keçirilməsi nəzərdə tutulan və Birlik üzvü 20-dən çox ölkədən yerli özünüidarəetmə orqanlarının təmsilçilərinin qatılacağı “TTBB Avrasiya Yerli idarəçilər Zirvəsi”ilə bağlı hazırlıqların görülməsi müzakirə edilib.  

Toplantıda “Osmanlı Arxiv Sənədlərində Qafqaz” kitabının Birlik nəşri olaraq hazırlanması və çapı üçün işlərə start verilməsi qərara alınıb.

iclasda həmçinin yeni üzvlərin qəbuluna baxılaraq Sarıkamış (Qars) Bələdiyəsi və Haliliye (şanlıurfa) Bələdiyəsinin Birliyiə üzvlük müraciətlərinə müsbət qərar  verilib.

Belediyye.info

ŞƏRHLƏR