"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli idarəçilik o zaman effektli olur ki, yerli təşəbbüslərdə çox olsun: BəLəDiYYə SəDRi YAZIR

--2017-10-31 / 10:29

Azərbaycanda yerli demokratiyanın inkişaf etdirilməsi sahəsində atılan addımlar, ölkə Prezidenti cənab  ilham əliyevin demokratik təsisatların inkişaf etdirilməsi istiqamətində uğurlu apardığı siyasətin məntiqi nəticəsidir. Yerli özünüidarəetmənin  əsas prinsiplərindən biri odur ki, yerli idarəetmə orqanlarının işində demokratik mühit təmin edilsin.

Yerli idarəçilik o zaman effektli olur ki, yerli təşəbbüslərdə çox olsun. Bu mexanizmin təşəbbüskarları, qanunyaradıcıları həmin yerin əhalisidir. əhalinin aktivlik dərəcəsi yüksək olarsa, onların işgörmə imkanları geniş olar. ən əsası əhali yaşadığı inzibati ərazi sahəsində görülən işlərdən məlumatlı olarsa onların yerli özünüidarəetmə orqanına da inam və etibarı da yüksək olar.

Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları bələdiyyələrin təşəkkülü və inkişafı üçün zəruri, hüquqi, təşkilatı və maddi-maliyyə şəraiti yaradır və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə kömək göstərir 

Eləcə də bu gün “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi və öhdəlikləri” mövzusunda keçirilən tədbirdə  həm Milli Məclisin deputatının, həm  Binəqədi Rayon icra Hakimiyyəti Başçısının birinci müavinin,  həm şöbə müdirinin,  həm Azərbaycan şəhər, Qəsəbə, Kənd Bələdiyyələri Milli Asossiasiyanının əlaqələndiricisinin, həm də Kütləvi informasiya vasitələrinin iştirakı bir daha Azərbaycanda yerli özünüidarəetmənin inkişafına dövlətin göstərdiyi qayğı və dəstəyini bir daha təcəssüm etdirir və toplantımıza xüsusi əhəmiyyət verir.

ilk dəfə Avropa ölkələrində “Yeli demokratiya həftələri” 2007-ci ilin oktyabr ayının 15-də ispaniyanın Valensiya şəhərində keçirilmiş Avropa şurası Yerli və Regional Hakimiyyətlərdən məsul nazirlərin Tədbirinin qərarı ilə start götürmüş və xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan tərəfinin  bu təşəbbüsü dəstəkləməsi həmin tədbirda qəbul edilmiş “Valensiya Bəyannaməsi”ndə yüksək qiymətləndirilmişdir. Azərbaycanda ilk dəfə “ Yerli Demokratiya Həftə”si milli assosiasiyaların tövsiyələri əsasında 2007-ci ilin noyabr ayında keçirilmişdir.

2008-ci ildə isə Yexlax şəhərində keçirilmiş bələdiyyə sədrlərinin II Ümumrespublika Toplantısı “ Yerli Demokratiya Həftə”sinin hər il təşkilolunması barədə qərar qəbul etmişdir. Qərara uyğun olaraq bütün bələdiyyələr öz ərazilərində hər il “Yerli Demokratiya Həftə”si ərzində vətəndaşların iştirakı ilə müxtəlif tədbirlər həyata keçirirlər və bu tədbirlər vətəndaşların xüsusi fəallığı ilə müşahidə olunur.

Onu deyə bilirəm ki, “Yerli Demokratiya Həftə”ləri yerli demokratiyanın inkişafına, o cümlədən “Bələdiyyə-vətəndaş”, “vətəndaş –bələdiyyə” əlaqələrinin daha da möhkəmlənməsinə, vətəndaşların yerli özünüidarəetməyə dair biliklərinin və bu orqanlara maraqlarının artırılmasına, əhalinin bələdiyyələrin fəaliyyətində daha yaxından iştirakının təmin edilməsinə, vətəndaşların sosial sifarişlərinin öyrənilib lazımi tədbirlərin görülməsinə və bütövlükdə bələdiyyələrin fəaliyyətinin  səmərəliliyinin artırılmasına böyük töhfə vermişdir. “Yerli Demokratiya Həftə”si ərzində vətəndaşlarla keçirilmiş görüşlərdə onların irəli sürdükləri təklif və sosial sifarişlər əsasında bələdiyyələr gələcək fəaliyyətlərini planlaşdırır və “Bir bələdiyyə - azı bir layihə” təşəbbüsü çərçivəsində yerli əhəmiyyətli məsələlərin həllinə yönəldilmiş müxtəlif layihələr həyata keçirirlər .

“Yerli demokratiya həftəsi” çərçivəsində həyata keçirilən tədbirlərdə vətəndaşlarla  bələdiyyələri  bir-birinə daha da yaxınlaşdırır, problemlərin birgə həllində əməkdaşlığı gücləndirir. irəli sürülən  “Bələdiyyə- vətəndaş, vətəndaş-bələdiyyə!” şüarı da məhz bu missiyanın yerinə yetirilməsinə istiqamətlənib.  “Yerli Demokratiya Həftə”si ərzində idarə-müəssilərdə, təhsil ocaqlarında keçirilən görüşlər, toplantılar həm bələdiyyələrin sakinlər qarşısında hesabat verməsi, həm də sakinlərin yerli problemlərini qaldırmaq, fikir və düşüncələrinə bölüşmək, səmərəli təkliflər irəli sürmək baxımından böyük önəm daşıyır.

Bələdiyyələrə “insan hüquqları bələdiyyənin daha şəffaf fəaliyyətini şərtləndirir” adı altında açıq və qapalı yerlərdə hesabat xarakterli görüşlərin keçirilməsi, həmin görüşlərdə seçicilərin tapşırıqlarının yerinə yetirilməsi, bələdiyyənin bilavasitə insan hüquqlarına aid olan sənəd və materialları ilə hər bir vətəndaşın tanış olmaq, habelə bələdiyyənin fəaliyyəti haqqında tam məlumat almaq imkanının təmin edilməsi, onların müraciətlərinə baxılması,  2017-ci ildə görülmüş işlər, o cümlədən “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatların verilməsi, 2018-ci ilin bələdiyyə büdcəsinin və həyata keçirilməsi nəzərdə tutulmuş layihələrin müzakirə olunması tövsiyə edilmişdir. Həmçinin “ Yerli Demokratiya həftə”si  ərzində bələdiyyədə “açıq qapı” günlərinin elan edilməsi və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulunun təşkili, vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə “qaynar xətt” telefon nömrəsinin elan edilməsi, bu xətti vasitəsi ilə qaldırılan məsələlərin qeydə alınması və cavablandırılması, əhalinin sıx toplaşdığı yerlərdə “bələdiyyə poçt qutuları”nın quraşdırılması tövsiyə olunmuşdur. Bələdiyyələrdən milli assosiasiyalara daxil olmuş məlumatlar göstərir ki, bu il də tövsiyə olunan tədbirlər vətəndaşların iştirakı ilə həyata keçiriləcəkdir.

Belə günlərdə insanların daha gur toplaşdıqları yerlərdə asılan “Bələdiyyə  poçt qutuları” insanlara onları narahat edən məsələlərlə bağlı fikirlərini bölüşməyə əlavə şans verir. Yaxud onların diqqəti bu qutulara yönəldilir və ətraflarında baş verən hadisələrə laqeyd qalmamaları, düşüncələrini yazıb qutulara atmaları tövsiyə olunur.

Hümbət Hüseynov

Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin sədri

(Yazı Binəqədi rayon M.ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovun Azərbaycanda Yerli Demokratiya Həftəsinin 10 illiyi çərçivəsində “Yerli Demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı, maarifləndirilməsi  və öhdəlikləri” şüarı ilə “Bələdiyyələr demokratik sistemin özəyi kimi” mövzusunda məruzəsi əsasında hazırlanıb)

ŞƏRHLƏR