Azərbaycan Respublikasının Milli Məclisinin Gənclər və idman Komitəsinin və Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının birgə təşkilatçılığı ilə 47 şəhər, qəsəbə və kənd bələdiyyəsinin gənclərdən ibarət təmsilçilərinin iştirakı ilə “Yerli özünüidarəetmədə gənclərin rolu” mövzusunda videokonfrans təşkil edilmişdir.
Azərbaycan Respublikasının Milli Məclisinin Gənclər və idman Komitəsinin sədr müavini şahin ismayılov, Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyalarının koordinatoru, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov konfransın açılışında tədbirin “02 fevral – Gənclər günü” ərəfəsində keçirilməsinin əhəmiyyətini və bələdiyyələrin fəaliyyəti zamanı gənc bələdiyyə üzvləri üçün yaradılmış geniş imkanları qeyd etdilər.
Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və idman Komitəsinin sədr müavini şahin ismayılov, Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz Tağıyev Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti ilham əliyevin rəhbərliyi altında Vətən Müharibəsi zamanı 44 günlük hərbi əməliyyatlar dövründə hər bir azərbaycanlının, xüsusən də gənclərin milli birlik nümayiş etdirdiklərindən danışdılar. Ölkə başçısının respublikamızda apardığı çoxsahəli gənclər siyasətini, həmçinin bələdiyyə üzvlərinin qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələrinin gənclər tərəfindən daha səmərəli yerinə yetirilməsinin vacibliyini qeyd etdilər və praktiki təkliflər verdilər.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli şurasının (NAYORA) sədri Azər əliyev təmsil olunduqları qurumların fəaliyyəti barədə danışdılar və gələcəkdə yerli özünüidarəetmə sahəsində çalışan gənc bələdiyyə üzvlərinin yeni reallaşacaq layihələrdə iştirakları ilə bağlı təkliflərini bildirdilər.
Daha sonra mövzu üzrə müzakirələr aparıldı, videokonfrans iştirakçılarının sualları və təklifləri Milli Məclisin üzvləri, Gənclər Təşkilatlarının və Bələdiyyələrin Milli Assosiasiyalarının nümayəndələri tərəfindən cavablandırıldı və tövsiyələr verildi.
Bildirildi ki, bu silsilədən olan tədbirlər müntəzəm olaraq davam etdiriləcəkdir.
Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələrinin Milli Assosiasiyaları
|
|
|
|
|
|
|