"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli və Regional Hakimiyyətlər Konqresi Monitorinq Komitəsi Xarkovda hansı məsələləri müzakirə edib? -EKSKLüZiV

--2017-06-27 / 11:30

Xəbər verdiyimiz kimi,  Azərbaycan nümayəndə heyəti Ukraynanın Xarkov şəhərində keçirilən Avropa şurası  Yerli  və Regional Hakimiyyətlər Konqresi Monitorinq Komitəsinin iclasında iştirak edir. iclasın gedişi barədə Belediyye.infoya ətraflı   məlumat  verən  Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib  ki,  artıq Ukraynannın Xarkov şəhərində Avropa şurası  iclası işə başlayıb:

iclasda Konqresə üzv olan ölkələrdə Avropa Yerli özünüidarəetmə Xartiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət edən Monitorinq Komitəsi, qurumun əsas orqanlarından biri kimi, seçkilərin müşahidəsi,yerli demokratiya və insan hüqüqlarının vəziyyətinə dair məsələlərin müzakirəsi həyata keçirilmişdir.

iclasda habelə isveçrə, Serbiya, italiya və isveçə dair məruzələr dinlənilmiş, Andorra, Monako, Lixenşteyn, San-marinoda  Monitorinq, eləcədə Finlandiya, Ermənistan və Niderlandda keçirilən yerli və regional  seçkilərə dair məsələlər müzakirə olunacaq, müvafiq tövsiyə və qətnamə layihələri təsdiq olunmuş, onların Konqresin oktyabr ayında Strasburqda keçiriləcək plenar iclasına təqdim edilməsinə dair qərarlar qəbul olunmuşdur.

Komitənin iclasında həmçinin post monitorinq dövrü üçün təkliflər paketi, eləcədə  tövsiylərdəki müdəaların implementasiyasına dair müzakirələr də aparılıb.”

Qeyd edək ki, Monitoprinq komitəsinin Xarkov şəhərində təşkil edilən iclasında Azərbaycanı  Avropa şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan MR Ali Məclsinin üzvü  Anar ibrahimovda və Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil edir.

Belediyye.info

ŞƏRHLƏR