Bələdiyyələr respublikamızda gedən demokratik prosseslərdə, abadlıq-quruculuq işlərində, regionların sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli məsələlərin həllində yaxından iştirak edir. Cənab Prezident ilham əliyevin bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi, onun cəmiyyətdəki rolunun inkişafı üçün imzaladığı mühim sənədlər, Milli Məclis tərəfindən qəbul olunan qanunlar yerli özünüidarə orqanlarının işinə müsbət təsir edir.
Yerli sosial, iqtisadi-inkişaf və ekoloji proqramlarının, layihələrin hazırlanması və icrası bələdiyyələrin ən mühüm vəzifələridir.
Dünyada mövcüd olan geosiyasi vəziyyət, iqtisadi böhran hakimiyyət və bələdiyyə qurumlarını yeni iqtisadi şəraitdə işləməyə sövq edir. Cənab Prezident çıxışlarında real vəziyyətin təhlillərini aparır, çıxış yollarını göstərir və əsas məsələlərin vətəndaşların rifah halının yüksəldilməsi olduğunu vurğulayır.
Cənab Predizentin tapşırıqlarını əldə rəhbər tutaraq, bələdiyyələr fəaliyyətlərinin əsas istiqamətini sakinlərin sosial problemlərinin həllinə yönəldir. Lakin yerli əhəmiyyətli problemlərin vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli heç də həmişə mümkün olmur. Bunun üçün güclü bələdiyyə büdcəsi formalaşmalıdır. Deməli, bələdiyyələrin əsas işi qanunlarla tənzimlənmiş yerli büdcə mənbələrindən maksimum yararlanmaq olmalıdır. Elə biz məhz fəaliyyətimizi bu istiqamətdə qurmağa çalışırıq.
Azərbaycan Respunlikasının Prezidentinin yeni fərman və sərəncamlarına uyğun olaraq qanunlara edilmiş əlavə və dəyişikliklər bələdiyyələrin inkişafına, onların büdcəsinin artıb güclənməsinə böyük köməklik göstərir. Belə ki, Bələdiyyələrin gəlirlərinə aid edilmiş fiziki şəxslərdən əmlak vergisinin yığılmasında çətinliklərlə rastlaşırdıq. əmlak vergisi onun inventar dəyərinə uyğun hesablanmalıdır, əmlakın inventar dəyərini müəyyən etmək də öz növbəsində problemdi. Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra, 2015-ci il 01 yanvar tarixindən əmlak vergisi fiziki şəxsə məxsus binaların sahəsinə görə hesablanır. Azərbaycan Respublikası Vergi Məcləsinə edilmiş bu dəyişiklikdən sonra fiziki şəxslərdən əmlak vergisinin hesablanması asanlaşmış, yığım artmışdır.
Ancaq bir sıra subyektiv əngəllər işimizə mane olur. Məsələn, büdcəni formalaşdıran əsas mənbələrdən biri olan əmlak verigisinin toplanması üçün sahibkar obyektlərinin, fərdi mənzillərin sahələri barədə məlumat bazası vacibdir. Hazırda bələdiyyələr avtomatlaşdırılmış vergi sisteminə keçir. Özəl mülkiyyətlərin çıxarışlarını toplamaq və sistemə daxil etmək çox vaxt aparır. Halbuki bu məlumatlar əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətində vardır. Mingəçevir bələdiyyəsi məlumatları almaq üçün dəfələrlə Xidmətin rəisinə, 17 saylı ərazi idarəsinə şifahi və yazılı müraciətlər etsə də, nəticəsiz qalıb. Cavablarında ya hər bir məlumat üçün dövlət rüsumu istənilib, ya da bunun kommersiya sirri olduğu bildirilib. Belə çıxır ki, rüsum ödənilsə, sirr aradan qaldırıla bilər. Halbuki «Daşınmaz əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun Dövlət reyestrinin açıqlığı barədə 5-ci maddəsinin 5.1-1 bəndinə əsasən, dövlət orqanlarına, bələdiyyələrə dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verilir.
Mədən vergisinin toplanmasında da problemlərlə üzləşirik. Sahibkarlar ya istehsal etdikləri malla bağlı vergi bəyannəmalərini bələdiyyəyə təqdm etmir, ya da istehsalın həcmini real olduğundan aşağı göstərirlər. Mədən vergisi ödəməkdən imtina edən 6 karxana sahibini Mingəçevir bələdiyyəsi məhkəməyə vermiş və ödənilməyən 51551 manatın bələdiyyə büdcəsinə ödənilməsi ilə bağlı məhkəmə qərarı çıxarılmışdır. Amma bu günədək həmin qərar icra olunmayıb. Ya əsl sahibkar tapılmayıb, ya da həbs qoyulması üçün müəssisələrin hesab və texnikaları olmayıb.
Qeyd edim ki, bələdiyyə vergi müfəttişlərinin vergidən yayınan sahibkarlara qarşı müəyyən təsir mexanizmləri yoxdur. Bələdiyyələr mədən vergisinin və mehmanxanalardan alınan ödənişləri hesablamaq və ödənişlərin düzgünlüyünü araşdırmaq üçün dövlət vergi orqanlarına mürəciət etməlidir. Yalnız bundan sonra bələdiyyə onların keçirdiyi səyyar vergi yoxlamalarında iştirak edə bilər.
Sonda bələdiyyə büdcəsini gücləndirilməsi üçün bir neçə təklif irəli sürmək istərdim:
- Bələdiyyə ərasizində toplanan yol vergisinin bir hissəsi bələdiyyə büdcəsinə ödənilsin. əvvəllər belə ödəniş olub.
- Bir sıra notariat xitmətlərini müəyyən rüsum müqabilində bələdiyyələr həyata keçirə bilər.
- Nikah məsələlərinin ödənişli əsaslarla bələdiyyərin səlahiyyətinə verilməsi düzgün olardı.
- Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramlarının icrasına yerli özünüidarə orqanları da cəlb olunsun.
- Bələdiyyələrin iri layihələrinin dəstəklənməsi üçün subsidiya və subvensiyaların verilməsi bələdiyyələrin fəaliyyətinə böyük təkan olardı.
Coşqun Abdullayev
Mingəçevir bələdiyyəsinin sədri