"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli vergilərin toplanmasında irəliləyişlərimiz vardır

--2019-01-30 / 17:41

Lökbatan bələdiyyəsi ölkə Prezidenti cənab ilham əliyevin Fərman və sərəncamlarına, Azərbaycan Respublikası Konistitusiyasına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin tövsiyələrinə uyğun olaraq fəaliyyət göstərir.

Artıq 4-cü dəfə keçirilmiş bələdiyyə seçkilərindən dörd il vaxt ötmüşdür. Ötən müddət ərzində Lökbatan bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində qayğılarının təmin edilməsi istiqamətində calışmışıq.

Ötən illərdən fərqli olaraq bələdiyyələrin təcrübə və inkişafının artması göz qabağındadır. Bələdiyyələr getdikcə formalaşaraq öz imkanlarını genişləndirirlər. Təbii ki, bu sahədə əldə edilən uğurlar dövlətimizin və Prezidentimizin, RiH-in bilavasitə qayğısı və diqqəti sayəsindədir.

il ərzində Lökbatan bələdiyyəsinin 18 iclasında 91 məsələ müzakirə edilmişdir. Kecirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli, təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir. iş Mərkəzi tərəfindən metodiki tövsiyələr hazırlanıb göndərilmiş və həmin tövsiyələr fəaliyyətimizdə hər zaman nəzərə alınmışdır.

Ötən il “20 Yanvar faciəsi”nin 28-ci ildönümü ilə əlaqədər qəsəbədəki 139 saylı tam orta məktəbin şagirdləri arasından rəsm müsabiqəsi keçirilmiş və qaliblər “Diplom”la mükafatlandırılmışlar.

Novruz bayramı münasibətilə Qaradağ rayonun Lökbatan qəsəbəsində keçirilən ümum rayon bayram tədbirində Lökbatan bələdiyyəsidə yaxından iştirak etmişdir.

Eyni zamanda Lökbatan qəsəbəsində yerləşən 166 və 288 saylı orta məktəblərdə tariximizin qanlı və unudulmayacaq səhifələrindən olan Xocalı faciəsinə aid tədbir keçirilmiş Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan və faciənin təfsilatı, ağır nəticələri, sağalmaz yaraları, cinayətkar və işğalçıların layiqli cəzalarını almaları istiqamətində gələcəyimiz olan məktəblilər arasında vətənpərvərlik ruhunun yüksəldilməsinə dair maarifləndirmə   işləri aparılmış, Lökbatan bələdiyyəsinin üzvləri və qulluqçuları Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar "Ana fəryadı" abidəsini ziyarət edib soyqırım qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad etmişlər. Lökbatan bələdiyyəsi tərəfindən həmçinin 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə qadın bələdiyyə üzvləri və qulluqçularına hədiyyələr təqdim edilib.

Ümummilli lideri Heydər əliyevin anadan olmasının 95-ci il dönümü münasibətilə Lökbatan bələdiyyəsində bələdiyyə üzvlərinin, bələdiyyə qulluqçularının iştirakları ilə yığıncaq keçirilmiş, Ümummilli liderin Lökbatan qəsəbəsində olan abidəsi böyük ehtiramla ziyarət edilmiş və Lökbatan bələdiyyəsində dəyirmi masa keçirilmişdir. Alman-Faşizimi üzərində Qələbənin 73-cü ildönümü ilə əlaqədar Lökbatan bələdiyyəsində yığnacaq keçirilmişdir.Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibiətilə, qəsəbədəki 288 nömrəli tam orta məktəbin şagirdləri arasında “Müstəqillik” mövzusuna həsr olunmuş şer müsabiqəsi keçirlmiş və qaliblər “Diplom”la təltif olunmuşlar. Qurban bayramı münasibətilə Lökbatan qəsəbəsi ərazisində yaşayan şəhid ailələrinə, az təminatlı ailələrə, sosial əlillərə, bələdiyyə üzvlərinə və qulluqçularına Qurban payı paylanılmış, ehtiyacı olan qəsəbə sakinlərinin bayram payları bələdiyyə üzvləri və qulluqçuları tərəfindən ünvanlarına çatırılmışdır. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə də Lökbatan bələdiyyəsi bir neçə aztəminatlı ailəyə bayram payı vermişdir.

Lökbatan qəsəbəsinin aztəminatlı, imkansız ailələrinə və müharibə əlilərinə maddi yardımlar edilmiş və bu kateqoriyadan olan insanların yaxınlarının yas mərasimlərinin keçirlməsinə köməklik göstərilmişdir, bir çox imtiyazlı şəxslərin yas mərasimlərinin keçirilməsi Lökbatan bələdiyyəsinin xeyir-şər evində təşkil edilmişdir  

Qəsəbədə aparılan abadlıq, quruculuq işlərində Lökbatan bələdiyyəsinin yaxından iştirak etdiyini iclas iştirakçılarının nəzərlərinə çatdıraraq qeyd etdiki, qəsəbənin B.Niftəliyev, i.Nəbiyev küçələrində yol boyu qeyri-yaşayış və fərdi yaşayış evlərinin yola baxan hissələrinin 2600 m2 suvaq və boya işləri, Lökbatan-Qobu yoluboyu 168 m2 hasarlara   suvağın vurulması həmçinin 1800 m2 divarların boyanması işi, Lökbatan-Qobu yolu boyu çalalara, gölməçələrə və qamışlıq əraziyə 1280 m3 torpağın verilməsi, Bakı- ələt yolunun sol hissəsinə 1200 k/m uzunluğunda damcılı su xəttinin çəkilməsi, Lökbatan qəsəbəsi II massivdə 2 ədəd kanalizasiya lukunun dəyişdirilməsi, II massivdə 36 metr 219 ∅ kanalizasıya borularının yenisi ilə əvəzlənməsi, 1a massivndə ara küçələrə 66 m3   çınqılın, I massivdə ara yollara 1200 m2   asvalt qırıntılarının, 6-çı massiv 2-çi küçəyə 6400 m2 yonqar qırıntılarının verilməsi və qreyderlər hamarlanması, I-ci massiv I-ci küçəyə 120 m3 cınqılın, I-ci massiv 5-ci kecidə 360 m3 asfalt qırıntıların, I-ci massiv ara küçələrə 780 m3 cınqılın verilməsi işləri icra edilmişdir. Daha sonra sədr bildirdi ki A.Qurbanov küçəsində 15,19, ə.Məhəmmədov 1,5,9 saylı çox mənzili yaşayış binlarının giriş qapılarının və divar suvağının təmiri həmcini 30 girişin ( blok) qapıları yenisi ilə əvəzlənmiş, pilləkən marşlarının rənglənməsi işləri aparılmış 16000 m2 emulsiya   işləri görülmüş, qəfəsliklərin 144 m2 şüşələnməsi işləri icra edilmiş, yararsız vəziyyətdə olan 6 ədəd   taxta pəncərə dəyişdirilərək plasmas pəncərə ilə (1.10 ×1.0 ölçüdə) əvəz edilmiş, girişlərdə 8 m3   betonlama işləri heyata keçirilmişdir. şahin Xəlilov küçəsi 4 və 11 saylı çox mənzili yaşayış binalarının qarşısında yerləşən xeyir-şər evinin daxilində və həyətində abadlıq işləri görülmüşdür.Belə ki,5402 m2 emulsiya işləri həyata keşirilmiş, 24 m2 üzlük daş qoyulmuş, 36 m2 suvaq işləri icra edilmişdir.

Eyni zamanda Lökbatan bələdiyyəsində “ Demokratik Həftə” çərçivəsində açıq qapı günləri keçirilmiş, bələdiyyə sədri tərəfindən qəsəbə sakinləri qəbul edilmiş, qəsəbənin müxtəlif məhəllələrində sakinlərlə səyyar görüşlər keçirilmiş, bu görüşlərdə “Yerli Demokratiya Həftəsi” nin əhəmiyyəti barədə danışılaraq, həftə ərzində bir sıra işlərin həyata keçirildiyi vurğulanmış, qəsəbədə həftə ərzində 81 qəsəbə sakini qəbul edilərək, problemləri dinlənilmiş və həlli ilə bağlı müvafiq işlər aparılmışdır.

Yerli (bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemində torpaq və əmlak vergilərinin uçotunun dəqiq aparılması üçün işlər bu gündə davam etdirilməkdədir. Lökbatan bələdiyyəsinin qaynar xətt telefon nömrəsi qəsəbə sakinləri arasında yayılmış, sosial şəbəkələrdə Lökbatan bələdiyyəsinin səhifəsi yaradırılaraq bələdiyyənin həyata keçirdiyi işlər sakinlərin nəzərlərinə çatdırılmış, əhalinin sıx toplaşdığı yerlərdə və bələdiyyənin inzibati binasında poçt qutuları quraşdırılmış, bələdiyyənin qəbul etdiyi qərarlar Lökbatan bələdiyyəsində təşkil edilmiş lövhədən asılmış, sakinlərlə mütəmadi görüşlər keçirilmiş, bələdiyyə iclaslarında sakinlərin iştirakı təmin edilmiş və digər təqdirəlayiq işlər həyata keçirilmişdir. əldə etdiyimiz uğurlardan biri də torpaq və əmlak vergilərinin toplanmasıyla bağlıdır 2018-ci ildə yerli vergilərin toplanması icra edilmiş, yerli vergilərin   toplanmasında irəliləyişlər olmuşdur.  

Torpaq və əmlak vergiləri tədiyyə bildirişi paylanılaraq bank və poçt xidmətləri vasitəsi ilə nağdsız qayda da toplanılmaqdadır.  

Qəsəbə ərazisində bir neçə məhəllədə nüfuzlu ağsaqqallardan ibarət məhəllə komitələri yaradılmış, həmin məhəllə komitələri , bələdiyyə qulluqçuları və bələdiyyə üzvləri sakinlər arasında geniş maariflərindirmə işləri aparırlar .

2018-ci il ərzində Lökbatan bələdiyyəsinə idarə və müəssisələrdən 144, vətəndaşlardan isə 114 müraciət daxil olumuşdur ki, bu müraciətlərin tam əksəriyyəti müsbət həll edilmişdir. Lökbatan bələdiyyəsində həmçinin ötən dövrdə idarədaxili nizam-intizam qaydaları gücləndirilərək, texniki təhlükəsizlik qaydalarına əməl edilməsi barədə işçilər təlimatlarla tanış edilmişlər.

Biz öz fəaliyyətmizi günün tələbləri səviyyəsində qurmağa çalışırıq. işimizi gələçəkdədə bu istiqamətdə qurub qəsəbənin sosial iqdisadi inkişafı və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli tədbirlərin   görülməsinə yönəldəcəyik.

Namziəd ismayılov

Qaradağ rayonu Lökbatan bələdiyyəsinin sədri

 

ŞƏRHLƏR