"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli vergilərin yığımı nazirliyə tapşırıla bilər

--2016-01-22 / 12:02

“Bələdiyyə vergilərinin yığımı  Vergilər nazirliyinə həvalə edilməlidir. əgər qanunvericilikdə belə dəyişiklik baş verərsə bu istiqmətdə borcluların sayı minimuma enər”- bu fikirləri Belediyye.info saytına   iqtisadçı-ekspert Nazim Məmmədov bildirib. Onun sözlərinə görə, vəsaitin yığımı  Vergilər Nazirliyinə tapşırılması bələdiyyələrin  maliyyə vəsaitinin artmasına müsbət təsir edəcəkdir. Belə ki, əldə olunan vəsaitin xidmət haqqı kimi  az bir hissəsini özündə saxlayan nazirlik bələdiyyələrə aid vəsaiti öz hesablarına köçürür.

Nəzərə alaq ki, belə bir təcrübə faktiki olaraq mövcud olmuşdur. Avtomobillər üzrə əmlak vergisi Yol Polisi  tərəfindən yığılsa da,  sonda vəsait bələdiyyə büdcəsinə müntəzəm şəkildə köçürülürdü.

Belediyye.info  

ŞƏRHLƏR