"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yevlax bələdiyyələrinin DSMF-yə 166 min manat borcu olsa da...

--2018-10-06 / 05:58

Yevlax rayonunda formalaşan 29 bələdiyyədən yalnız Balcılı bələdiyyəsinin Dövlət Sosial Müdafiə Fonduna borcu yoxdur. Digər 28 bələdiyyənin DSMF-yə borcunun həcmi 166 min manat təşkil edir.

Belə ki, Yevlax bələdiyyəsinin 13307 manat, Aran bələdiyyəsinin 9215 manat, Aşağı Bucaq bələdiyyəsinin 3628 manat, Aşağı Qarxun bələdiyyəsnin 3490 manat, Aşağı Səmədabad bələdiyyəsinin 6418 manat, Cırdaxan bələdiyyəsinin 3242 manat, ərəbbəsrə bələdiyyəsinin 1121 manat, ərəş bələdiyyəsinin 6288 manat, Hacıselli bələdiyyəsinin 3779 manat, Havarlı bələdiyyəsinin 7304 manat, Hürüuşağı bələdiyyəsinin 4982 manat, Kövər bələdiyyəsinin 10658 manat,   Malbinəsi bələdiyyəsinin 11937 manat, Nemətabad bələdiyyəsinin 2674 manat, Nərimanabad bələdiyyəsinin 8118 manat, Qaramanlı bələdiyyəsinin 8921 manat, Qaraməmmədli bələdiyyəsinin 11008 manat, Qaraoğlan bələdiyyəsinin3775 manat, Qoyunbinəsi bələdiyyəsinin 6320 manat, Salahlı bələdiyyəsinin 4925 manat manat, Səmədabad bələdiyyəsinin 7131 manat, Tanrıqulular bələdiyyəsinin 9214 manat, Varvara bələdiyyəsinin 6087 manat, Xaldan bələdiyyəsinin 4035 manat, Xanabad bələdiyyəsinin 2958 manat, Yəldili bələdiyyəsinin 6653 manat, Yuxarı Qarxun bələdiyyəsinin 1151 manat, Gülövşə bələdiyyəsinin 914 manat DSMF-yə borcu vardır.

Yevlax bələdiyyəsinin borcunun 2003-2004-cü illərdə, digər bələdiyyələrin isə 2007-2008-ci ilərdə yarandığı deyilir.

Qeyd edək ki, 2017-ci ildə Yevlax bələdiyyələrinin büdcə gəlirləri 427400 manat olub.

Bu rəqəm 2016-cı illə müqayisədə 32 faiz artıq deməkdir.

Yevlax bələdiyyəsinin 147 min manat, Aran bələdiyyəsinin 45 min manat, Balcılı bələdiyyəsinin 30 min manat, Kövər bələdiyyəsinin 20 min manat büdcə gəliri olub.

Belediyye.info

ŞƏRHLƏR