"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yevlax Bələdiyyəsi qazancının 20 min manatını abadlıq işlərinə sərf edib

--2016-07-20 / 21:18

 Yevlax Bələdiyyəsinin sədri  Elmi Səfərəliyevin Belediyye.infoya verdiyi məlumata görə,  fəaliyyətimizdə vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, əhali tərəfindən qaldırılan problemlərin qanun çərçivəsinə müvafiq həlli yollarının müəyyənləşdirilməsi və icrasının təmin edilməsinə  bələdiyyə diqqətlə yanaşır. Cari ilin 6 ayı ərzində  bələdiyyə üzrə ümumilikdə  19 iclas keçirilmiş, 96 qərar qəbul edilmişdir.      

Bələdiyyəmizin fəaliyyətində əsas məsələ sosial-iqtisadi problemlərin həlli məsələsidir. Elə bu səbəbdəndir ki, bələdiyyə ərazisində əhali ilə mütəmadi olaraq görüşlər keçiririk. Ağsaqqallar və ziyalılarla ictimai dinləmələr təşkil edirik. Seçicilər  tərəfindən qaldırılan məsələlərin həlli üçün bələdiyyə büdcəsinin formalaşmasına xüsusi diqqət yetiririk.

Büdcə daxilolmalarına toxunan sədr bildirib ki, 2016-cı ilin 6 ayı ərzində bələdiyyə büdcəsinə  fiziki şəxslərin torpaq vergisindən 882 manat, əmlak vergisindən 4.025 manat, əmlakın icarə haqqından 3.387 manat, əmlakın özəlləşdirilməsindən (alyı-satqıdan) 19.623 manat,  küçə reklamından 3.238 manat, avtodayanacaqdan 623 manat, 22.000 manat isə dövlət büdcəsindən ayrılan dotasiyadan,  ümumilikdə 53.778 manat olmuşdur.

 2016-cı ilin 6 ayı ərzində büdcəmizin məxaric hissəsi  53.727 manat olmuşdur. Belə ki, əmək haqqının ödənilməsinə 14.393 manat, gəlir vergisinə 1.034 manat, DSMF-na 5.760 manat,  maddi yardıma 720,0 manat, reyestr xidmətinə 7930,34 manat, audit xidmətinə 500,0 manat, rabitə və roçt xidmətinə 460 manat, “Azərişıq”a  375 manat, inzibati binanın  təmirinə 2.445 manat, Kür çayı sahilində Bulvar istirahət parkında abadlıq işlərinin aparılmasına 18.200 manat   xərclənmişdir.

 Belediyye.info

 

ŞƏRHLƏR