Belediyye.infonun suallarını cavablandıran Yevlax bələdiyyəsinin sədri Elmi Səfərəliyev bildirb ki, bələdiyyədə əhalinin ərizə və şikayətlərinə, o cümlədən şifahi müraciaətlərinə çox diqqətlə yanaşılır.
Müraciət edən sakinlər bələdiyyənin iclas zalında növbəlik əsasında qəbul edilir. Qaldırılan məsələ bələdiyyənin aidiyyatı daimi komisiyyalarında hərtərəfli baxılır, araşdırılır və həlli istiqamətində işlər aparılır. Vətəndaşların qəbulu qəbul kitabında aparılır.
Sədr Belediyyeşinfo vasitəsiylə öz qəbul qəbul günlərinin də vaxtını açıqlayıb:
- hər həftənin bazar ertəsi bələdiyyə sədrinin qəbul günüdür. Qəbul vaxtı saat 1000 –dan 1200-dək aparılır.
Sədrin sözlərinə görə, telefon vasitəsilə müraciət edib səhhəti ilə bağlı gəlmək imkanı olmayan vətəndaşlar var ki, onlar bələdiyyə üzvləri və ya bələdiyyə qulluqçuları tərəfindən öz evlərində dinlənilir ki, bu da bələdiyyə sakin münasibətinə öz müsbət təsirini göstərir.
2016-cı il ərzində bələdiyyə sədri, sədr müavini, bələdiyyə üzvləri tərəfindən 150 vətəndaş qəbul edilmiş, 94 nəfər rəsmi müraciət etmişdir:
“Müraciətlə bağlı yaranmış problemlər səlahiyyətimiz daxilində öz həllini tapır. Qaldırılan məsələlər lazım gəldikdə bələdiyyə iclasının müzakirəsinə çıxarılır, həlli istiqamətində işlər aparılır.”
Belediyye.info