"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yevlaxda təlim kurslarını başa vurmuş mexanizatorlara sertifikatlar verilib

--2019-04-05 / 17:19

Yevlax, 5 aprel, AZəRTAC

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Yevlax regional nümayəndəliyindəki təlim-tədris mərkəzində “Claas Dominator 130”, “New Holland TC 4.90”, “Sampo 20165” kombaylarını idarə edəcək mexanizatorlar üçün keçirilən ödənişsiz təlim kursları başa çatıb.

AZəRTAC-ın bölgə müxbiri xəbər verir ki, aprelin 5-də təlim kursu keçmiş mexanizatorlara sertifikatlar verilib. “Aqrolizinq” ASC-nin aqrotexniki xidmətlər və avadanlıqlara texniki qulluğun təşkili şöbəsinin müdiri Hikmət Quliyev bildirib ki, fevral ayından etibarən keçilən təlimlərdə əsas məqsəd mexanizatorlar tərəfindən kombaynların idarə edilməsi, düzgün texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, qaydalarının, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və təhlükəsizlik texnikasına düzgün riayət edilməsinin öyrədilməsidir.

Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər və “Aqrolizinq” ASC-nin nümayəndə heyəti tərəfindən videogörüntülü və əyani vasitələrdən istifadə edilməklə interaktiv formada tədris edilir. Təlimi keçən hər bir operatora (mexanizatora) sertifikat təqdim olunur.

Ümumilikdə təlim prosesinə 44 rayondan 291 nəfər təlimə cəlb edilib. Təlimin sonunda onlardan 6 nəfəri imtahandan keçə bilməyib. 285 mexanizatora isə müvafiq markalı kombaynların idarə edilməsi üzrə sertifikat təqdim edilib. Sertifikatı olmayan mexanizatorlarla “Aqrolizinq” ASC tərəfindən icarə müqavilə bağlanılmayacaq.

https://azertag.az/xeber/Yevlaxda_telim_kurslarini_basa_vurmus_mexanizatorlara_sertifikatlar_verilib-1266217

ŞƏRHLƏR