"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir

--2023-01-27 / 09:32

(Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən 2022-ci ildə görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında HESABAT)

 

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən 23 ümumi iclas keçirilərək 68 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib, real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

əhalidən rüsümların və vergilərin yığılması zamanı vergi ödəyicilərinə mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan rüsümlar və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Ödənilmiş vergilər və rüsumlar bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. 2022-ci il ərzində bələdiyyə büdcəsinə 133904 manat gəlir daxil olmuş, xərclər 134276 manat təşkil etmişdir.

Büdcə gəlirlərinin əsas mənbəyi olan-torpaq icarəsindən 4800 və torpaq vergisindən- 9750 manat əmlak vergisi- 104354 manat, dotasiyadan-15000 manat daxil olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-45263 manat, DSMF-21567 manat, bələdiyyənin saxlanmasına- 12011 manat , sosial yardımlar üzrə ödənişlər- 30035 manat, abadlıq, quruculuq təmir işlərinə 25400 manat xərclənmişdir.

ərazidə hesabat dövründə keçmiş Hövsan südçülük sovxozu, Donuzkökəltmə sovxozu, N.Abbasov küçəsi, Xəqani küçəsi, Nəsimi küçəsi, Dəmiryolçular küçəsi və sair küçələrin təmirinə və məhəllə yollarının qreyderlə hamarlanmasına,   abadlıq, quruculuq işlərinin aparılmasına, şəhid Abbasov Aslan Vəliyəddin oğlunun ailəsinin yaşadığı evin 3 ay müddətinə kirayə haqqının ödənilməsinə şəhid Səlimov Cəmil Oqtay oğlunun ailəsinin yaşadığı evə gedən yola şübel tökülərək qreyderlə yayılmasına, şəhid əhmədli Qardaşxan oğlunun il dönümünün keçirilməsindən ötrü şəhidin ailəsinin yaşadığı evə əlavə otaq tikilməsi üçün tikinti materiallarının alınmasına, şəhid əsgərov Rüfət Qabil oğlunun xatirəsinin əbədiləşdirilməsi üçün otaq tikilməsinə, Birinci Qarabağ müharibəsində şəhid olan Rizvan Məmmədhüseynovun qəbrinin yenidən götürülməsinə, Hövsan südçülük sovxozunda yerləşən şəhidlər Xiyabanında məzar daşlarının ətrafının abadlaşdırılmasına maliyyə vəsaiti xərclənmişdir.

Həmçinin Ulu öndər Heydər əliyevin anım günü, Zəfər günü münasibətilə uşaqlar arasında güləş yarışının keçirilməsinə, Azərbaycanın və keçmiş SSRi-nin əməkdar məşqçisi Ağakişi iskəndərovun yubileyinə həsr olunmuş güləş yarışının keçirilməsinə maliyyə vəsaiti xərclənmişdir.

Ümumiyyətlə inzibati ərazidə Bələdiyyə yaz-yay mövsümündə təmizlik işlərin görülməsi ilə yanaşı baş verə biləcək yanğınların qarşısının alınmasına dair işləri təşkil etmişdir.

Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.

Məlum olduğu kimi–yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 â„– -li Qərarına əsasən tədbirlər görülür.

Xəzər rayon Binə bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 913 müraciət qeyd edilən məsələlərə aid olub:

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 169 məktub, müraciət, sərəncam və digər sənədlər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi də həyata keçirilir.

Bələdiyyədə 012-456-08-98 telefon nömrəsi fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri həmin telefon nömrəsi vasitəsilə növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar, “ictimai-Humanitar Məsələləri sektor”u ilə birlikdə əhaliyə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.

Binə bələdiyyəsi təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları, bayram münasibətilə təbrik olunublar. 21 Mart Novruz bayramı münasibəti ilə tədbirlər həyata keçirilmişdir. Rayon ərazisində yaşayan 23 şəhid ailələri il boyu ziyarət edilmiş, bayram sovqatları verilmiş, ailə üzvlərinə bayram sovqatları təqdim edilmiş və əhalinin həssas qrupu daim nəzarətdə saxlanılmışdır.

Novruz bayramı münasibəti ilə həmçinin ərazidə yaşayan şəhid ailələri, çoxsaylı aztəminatlı, əlil, yardıma ehtiyyacı olan ailələrə də bayram sovqatları paylanılmışdır.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

27 Sentyabr “Anım Günü”, ilə bağlı olaraq, bələdiyyə qulluqçuları ilə birlikdə rayon ərazisində qeydiyyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmiş, hər il olduğu kimi bu ildə də 18 Oktyabr Müstəqillik Günü, 8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq ilə əlaqədar olaraq məktəblilərlə birlikdə şəhidlər Xiyabanı ziyarət edilmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Həmçinin 31 Dekabr Dünya Azərbaycasnlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi ilə əlaqədar Binə qəsəbəsində ə.isazadə küçəsindəki istirahət parkına mədəniyyət xadimləri dəvət edilərək bayram tədbiri təşkil edilmiş və sakinlərin tədbirdə iştirakı təmin edilmişdir.

Xəzər rayon Binə bələdiyyəsi inzibati ərazisində yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, internet saytı və.s vasitələrlə çatdırır.

 H.S.Həmidov

Xəzər rayonu Binə bələdiyyəsinin sədri                        

 

ŞƏRHLƏR