“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.” Onun fikridir. Azərbaycanın Birinci vitse-prezidenti təyin ediləndə belə söyləyib. Bu yüksək vəzifəyə gətirən yollar, məhz ali dəyərlərə sədaqətlə, fədakarlıqla xidmətdən keçib. Bu yolun hər addımında işıq var, nur var, bu yolun hər qarışından nəciblik, xeyirxahlıq boy verir, bu yolun hər dayanacağında insanlıq deyilən möhtəşəm bir abidə var...
Yol boyu isə dualar bitmir, alqışlar səngimir...
Prezident ilham əliyevin 21 fevral 2017-ci il tarixli Sərəncamı ilə gerçəkləşən bu təyinat da xalqın birmənalı qarşıladığı, ürəkdən alqışladığı, məmnun qaldığı bir təyinat idi. Çünki onu yaxşı tanıyırdı, ona bələd idi, ona inanırdı, onu sevirdi. Bu sevgi isə əbəs deyildi. Mehriban xanım əliyeva bu sevgiyə layiq olduğunu çoxdan sübut etmişdi – özünün insan sevgisi ilə...
Azərbaycanın Birinci xanımı, Heydər əliyev Fondunun yaradıcısı və prezidenti, UNESCO və iSESKO-nun Xoşməramlı səfiri, millət vəkili statusunda xalqı, milləti, dövləti, ölkəsi üçün, insanlıq naminə o qədər əzəmətlli işlərə imza atmışdı ki, alqışlanmaya bilməzdi. Peşəkarlıq və prinsipiallığın, fədakarlıq və xeyirxahlığın qarşılığı bu sevgi olmalı idi...
...bu sevgi zirvəyə aparırdı...
O, Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizin mədəni həyatına “yeni nəfəs” gətirdi. 1995-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olundu. Bir il sonra yaratdığı “Azərbaycan-irs” jurnalı mədəni irsimizi dünyanın onlarla ölkəsinə “daşıdı”. 2004-cü ilin mayında əsası qoyulan Heydər əliyev Fondunun bənzərsiz layihələrinin əhəmiyyəti isə sözə gəlməz. Saymaqla sırası bitməyən bu layihələr, nəinki Azərbaycana, dünyaya səs saldı. Fond ümidsizlərin ümid yerinə, köməksizlərin dayağına çevrildi, şəfqət və mərhəmət ünvanına döndü. O özü kimin ehtiyacı varsa, əlindən tutdu, kim çətinliyə düşdüsə, arxa durdu. ən ağır vaxtlarda Prezidentlə birgə cəbhə bölgəsinə getdi, xalqın, sadə insanların yanında oldu. Xəstənin, çarəsizin, dərdlinin başının üstünü kəsdirdi. Sevinənlə sevindi, şəhidlərimizə göz yaşı tökdü, yaralı əsgərlərin ayağa durması üçün ən vacib olanı etdi...
...bu mərhəmət, bu qızıl URəK zirvəyə aparırdı...
Xeyir-duası, dəstəyi ilə həyata keçirilən tədbirlərlə sübut etdi ki, fəaliyyətinin kökündə mənsub olduğu xalqa, millətə sevgi dayanır. Bütün qərarları ilə millidir, ölkəsinə xidmət edir, onun tərəqqisini arzulayır, mədəniyyətinin, musiqisinin, təhsilinin, səhiyyəsinin inkişafına çalışır, sabahını düşünür. Məhz onun ciddi səyləri və səmərəli fəaliyyəti nəticəsində muğam və aşıq sənəti, tar ifaçılıq sənəti, Azərbaycan xalçası, Novruz bayramı, kəlağayı sənəti UNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına, içərişəhər, Qız qalası və şirvanşahlar saray kompleksi Ümumdünya irs siyahısına daxil edildi...
...bu təəssübkeşlik zirvəyə aparırdı...
O, təkcə öz xalqının maddi-mənəvi irsinin müdafiəçisi olmadı, humanitar və xeyriyyə aksiyaları Azərbaycan sərhədlərini aşdı, bəşəriyyətin mənəviyyat xəzinəsinin qayğısına qaldı. Yalnız öz xalqına yox, digər xalqlara da fayda verdi. Çünki bu cür insanlar harada doğulmalarına və yaşamalarına, hansı millətə, hansı xalqa, hansı dinə mənsub olmalarına baxmayaraq, fəaliyyətləri bəşəridir. Dünya da buna dəyər verdi. 2004-cü ildə UNESKO, iki il sonra iSESKO-nun Xoşməramlı səfiri seçildi. Bu fəxri missiya beynəlxalq ictimaiyyətin göstərdiyi nadir etmaddır. Dünyada Azərbaycanın təqdimatı, Azərbaycanın təbliği deməkdir. Bu missiyanı da böyük bacarıqla yerinə yetirərək, 21-ci əsrin xoş məramlar elçisi kimi tanındı. Daim nəcib təşəbbüsləri ilə seçildi. Artıq Xoşməramlı səfirlər üçün örnək, nümunə hesab olunur! UNESKO-nun baş direktoru irina Bokovanın fikri qürurvericidir: “Sizi Xoşməramlı səfirlər sırasında görmək bizim üçün – UNESKO üçün şərəfdir. Sizin nailiyyətlərinizin miqyasını bir adla əhatə etmək çətindir. Siz UNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız.” iSESKO-nun baş direktoru əbdüləziz bin Osman əl-Tüveycri isə Onu “hörmət və heyranlığa layiq dünya əhəmiyyətli xadim” kimi səciyyələndirir...
Hər iki mötəbər tribunadan diqqəti, həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəltdi, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, Xocalının eşidilməyən səsini beynəlxalq aləmə yaydı, işğal olunmuş torpaqlarımızdakı tarixi, mədəni abidələrimizin məhv edilməsindən narahatlığını bəyan etdi...
...bu əzmkarlıq və qətiyyət zirvəyə aparırdı...
Azərbaycanın multikultural dəyərlərə bağlılığını da hər zaman hər yerdə mükəmməl şəkildə nümayiş etdirdi. I Avropa Oyunları, IV islam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri kimi göstərdiyi mükəmməl təşkilatçılıq və vətənpərvərlik də unudulmazdır! Dövlətimizin “sülh, dostluq və həmrəylik” kimi xoş məramını, xoş niyyətini böyük fəxrlə, haqlı qürur hissi ilə dünyaya çatdırdı...
O, çoxşaxəli fəaliyyəti ilə bir faktı da təsdiqlədi: indiyədək Azərbaycanı dünyada onun qədər təbliğ edən, şərəfləndirən ikinci qadın olmayıb!..
Və yeni statusunda – Azərbaycanın ilk Birinci vitse-prezidenti statusunda da diqqət çəkdi. Bu təyinatdan keçən az vaxtda da tarixə və taleyinə önəmli işlər yazdı! “Xalqın adamı”, “xalqın sevimlisi” kimi bir boy da ucaldı! Məcburi köçkünlərlə görüşündə bu, daha aydın göründü. Ağır müharibədən əziyyət çəkən soydaşlarımızın taleyinə biganə olmadığını ilk addımdaca sübut etdi! Böyük təvazökarlıqla səmimi bir etiraf da etdi: “istər Heydər əliyev Fondunda, istər Azərbaycan Mədəniyyət Fondunda mənim fəaliyyətimdə, istər bugünkü çox məsuliyyətli vəzifəmdə, məhz sizlər mənim güc mənbəyimsiniz. Çünki mən atdığım hər addımda, hər bir insanla, çox sevdiyim Azərbaycan xalqı ilə ünsiyyətdə olanda, doğrudan da, sizin sevginizi, dəstəyinizi, inamınızı hiss edirəm. Mənim üçün bu, çox vacibdir.”
Adı dillərdə, yeri könüllərdə olan bu iNSAN üçün ən önəmlisi müstəqil Azərbaycanın inkişafı, nüfuzu, ölkənin və xalqın mənafeyidir! Milli-mənəvi dəyərlər yenə bir nömrəli məsələdir! insanlara hörmət, diqqət və qayğı, humanizm yenə prioritetdir! Vətəninə və xalqına xidmət, mərhəmət və ədalət, tolerantlıq və ümumbəşəri dəyərlərə sadiq qalmaq yenə əsas hədəfdir! Hər məqamda şəxsi nümunə, sadəlik, təvazökarlıq, MEHRiBANçılıq olduqca vacibdir!..
Və onun üçün bir nümunə var: Prezident ilham əliyev. Öz fikrini xatırlayaq: “Cənab Prezident, ...ötən illər ərzində sizin dövlətçilik ideyalarınız, vətənpərvərliyiniz, Azərbaycan dövlətinin maraqlarını sədaqətlə, iradə ilə, cəsarətlə qorumağınız, insanlarla, Azərbaycan xalqı ilə birliyiniz mənim və mənimlə çalışan bütün insanlar üçün bir nümunə idi. Bizim fəaliyyətimizi istiqamətləndirən bir nümunə idi. Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyllərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa, töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdırlar.”
Və yol davam edir – aydın məqsədlər və insan sevgisi ilə...
Yol boyu isə dualar bitmir, alqışlar səngimir. Uğurlara və zirvələrə aparan da, məhz bu alqış və dualar, xalqın bitib-tükənməyən sevgisi, bir də onun özünün insan sevgisidir...
Sitarə Cabbarlı,
Binəqədi Bələdiyyəsinin sədri