"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yol mədəniyyətdir, amma... MiLLəT VəKiLi YAZIR

--2019-10-05 / 19:45

Yol, həm də iqtisadiyyatdır, insanların mənzil başına vaxtında və rahat çatması üçün ən yaxşı vasitədir.

Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının hesabatına görə, Azərbaycan keyfiyyətli yol təsərrüfatının inkişafına görə dünyada, 200 ölkə arasında, 35- ci yerə layiq görülmüşdür. Bu göstərici isə, müstəqillik tarixi çox da böyük olmayan ölkələr üçün mühüm bir nailiyyətdir.
Respublika prezidenti ilham əliyevin təşəbbüsü və gündəlik nəzarəti nəticəsində, 15 000 km-dən çox yeni yollar tikilmişdir. ən ucqar rayonlarda belə kəndarası yollar asfaltlanır. əhali isə görülən işlərə,rahatlığa görə respublika rəhbərliyinə təşəkkürlərini bildirirlər.
Bu gün səhər, Bakı şəhərindən, Qobustan şamaxı yolu ilə, şimal-qərb istiqamətində hərəkət edərkən, artıq bir müddət aparılan yeni magistral yolun tikintisinin yekunlaşmaqda olduğunu müşahidə edir və təhlükəsizlik baxımından ən müasir standartlara cavab verdiyini qeyd etmək istəyirəm.
Sovet dövründən başlayaraq, yol kənarlarında ,xaotik şəkildə primitiv ticarət obyektləri, qəssabxanalar tikilir və bəzi yerlərdə öz eybəcərlikləri ilə təbiətin yaratdığı təbii gözəlliklərə də xələl gətirirlər.
Nəzərə alsaq ki, günü gündən ölkəmizə gələn xarici turistlərin sayı artır və xalqın inkişafını, mədəniyyətini səciyyələndirən amillərdən biri də ölkənin magistral yolları və yol kənarı tikintilərin estetik görünüşü, servisin səviyyəsidir. O halda görərik ki, qarşıda görülməli çox işlər var.
Ona görə də, hesab edirəm ki, yerli icra orqanları, balans saxlayıcı təşkilatlar, bələdiyyələr, yol kənarlarında (ələlxüsus yeni tikilmiş)maqistral yollarda hər hansı tikinti aparılmasına icazə verərkən mütləq həmin tikintinin müasir standartlara uyğun, memarlıq baxımından baxımlı və cəlb edici olmasına xüsusi diqqət yetirməlidirlər. Hal hazırda mövcud olan və yaxud tikilməkdə olan primitiv tikililər estetik baxımdan ərazinin abadlaşdırılmasını qətiyyən təmin etmir.
Avropa ölkələrində, klassik anlamda Azərbaycanın bölgələrində belə , tikilən villalar yoxdur. Ancaq , olduqca sadə formada tikilmiş evlər, binalar xüsusi bir zövqlə, dekorativ kollar, güllərlə yaşıllaşdırılır ki, göz oxşayır.
əvvəllər tez tez müəyyən ərazilərdə yaşıllıqların əmələ gəlməsinin mümkünsüzlüyü barədə bəhanələrə rast gəlirdik. Son illərdə respublika prezidentinin apardığı ekoloji siyasət nəticəsində, Bakı şəhərində və əsasən ölkənin magistral yol kənarlarında geniş miqyaslı yaşıllıqlar salındı və danışılan söhbətlərin əsasız olduğu, hətta səhralaşmış ərazilər də belə ağac əkmənin mümkünlüyü sübut olundu.
Hesab edirəm ki, hər bir vətəndaşımız, yaşından, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, yaşadığı, çalışdığı yerin yaşıllaşdırılmasına, gözəlləşdirilməsinə çalışmalıdır.
Belə olan halda ölkəmizə gələn turistlərin sayı artacaq, sosial vəziyyətin yaxşılaşmasına və gənc nəslin estetik zövqünün formalaşmasına əhəmiyyətli töhvə olacaq.
Artıq payızdır....

Nəsib Məhəməliyev

Milli Məclisin üzvü 

ŞƏRHLƏR