Mingəçevir bələdiyyəsi 2016-2017-ci tədris ilində şəhər ümumtəhsil məktəbləri üzrə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan şagirdlərlə görüş keçirib. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.
Bələdiyyənin sədri Coşqun Abdullayev tələbə adını qazanmış şagirdləri, onların müəllimlərini, valideynləri təbrik etdi və qeyd etdi ki, bələdiyyə artıq belə görüşləri ənənə halına salıb.
şəhər təhsil şöbəsinin müdiri Sahib Məmmədov məlumat verdi ki, bu il şəhər məktəbləri uğurlu nəticələr göstərib.
Ali məktəblərin qəbul imtahanlarında 60 şagird 600-dən yuxarı, 25 şagird 650-dən yuxarı bal toplayıb. Müsabiqədə iştirak edən şagirdlərin 75%-и müxtəlif ali məktəblərə qəbul olunub.
Bələdiyyə üzvləri əli əliyev, Mircəmil Hacıyev, Nəbi Nəbiyev və Zahid Qasımlı çıxış edərək tələbələrə ali təhsillərində uğurlar arzulayıblar.
Bələdiyyənin bu tədbirini təqdirəlayiq hesab edən 10 saylı məktəbin direktoru Xumarə Mikayılova, Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti Fərman Nəbiyev, valideynlərdən əli Məmmədov və Qafur əhmədov minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda 28 tələbəyə bələdiyyə tərəfindən pul mükafatı verilib.
Belediye.info
|
|
|
|