sorğu
Sabunçu rayon Zabrat bələdiyyəsindən daxil olan məlumata görə, bələdiyyə ərazisində 9100 ev təsərrüfatı var. Onlardan 2800-nın çıxarışı olsa da, 6300 mənzilin sənədi yoxdur. Sənədsiz mənzillərin yerləşdiyi ərazinin ümumi həcmi 140 hektara yaxındır.
2015-ci ildə bələdiyyə büdcəsinə fiziki şəxslərdən daxil olan əmlak və torpaq vergisinin həcmi 80.200 manat olub.
Bələdiyyədən verilən məlumata görə, qəsəbə ərazisində olan əmlak və torpaq sahələrinin hamısı sənədləşdirilmiş olsaydı bələdiyyə büdcəsinə daxil olan vəsaitin həcmi 250 min manatdan artıq ola bilərdi.
Bələdiyyənin əsas məqsədi əhali arasında maarifləndirmə işlərinin aparılmasına çalışmaqla yerli büdcə daxilolmaların həcmini artırmaqdır.
Belediyye.info