Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası tımin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.
Sabunçu rayonu Zabrat bələdiyyəsi tərəfindən 26 ümumi iclas keçirilərək 96 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0.və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə göndərilmişdir.
Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerliözünüidarəetmə orqanlarında da öz əksini göstərməkdədir.
Geridə qoyduğumuz 2021-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COViD-19 pandemiyası hazırda növbəti dalğası yaşanmaqdadır. Zabrat bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COViD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələr də çoxdur. Qarşıdan gələn Yeni Təqvim ili 2022-ci il şuşa ili elan edilmişdir.
Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.
Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
əhalidən rüsumların və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcud qanunlar barədə məlumatlar verilir. Yığılan rüsumlar və vergulər haqqında məlumat hər gün təhlil edilur.
Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun icra şöbələrinə 1262-dən artıq şəxs barədə müraciət olunmuşdur.Nəticədə bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.
Ödənilmiş vergilər və rüsümlar bəldiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.
Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 18 binada 1350 ev təsərrüfatı və 6384 təsərrüfat subyektləri mövcuddur.
Göstərilən 7734 vergi ödəyicilərindən hesabat dövründə 5270 ödəyici vergiyə cəlb olunmuşdur, (bunlardan 1340 nəfər vergi qanunveriviliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, 1105 əmlak vergisi hesablanmayan, mənziin ümumi sahəsi 30m2-dən aşağı olan birotaqlı mənzillər və 19 ədəd obyekt kimi)
2021-ci il ərzində ələdiyyə büdcəsinə 153134,32 manat gəlir daxil olmuş, xərclər 135813,69 manat təşkil etmişdir.
Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən 28.124.56 manat, əmlak vergisi- 98503,94 manat, bələdiyyənin fəaliyyətindən- 9366,00 manat, dotasiyadan- 18.500,00 manat daxil olmuşdur.
Bələdiyyə büdcəsinə daxilolmalar ARNazirlər Kabinetinin,Vergi Məcəlləsinə və Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.
Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətdə hesablanmışdır.
Daimi əsaslarla bələdiyyədə çalışan bələdiyyə üzvlərinin və bələdiyyə qulluqçularının əmək haqqına – 46074,41 manat, DSMF- 2776,52 manat, bələdiyyənin saxlanmasına- 7480 manat, sosial yardımlar üzrə ödənişlər- 1123 manat, abadlıq, quruculuq təmir işlərinə 28.419.04 manat xərclənmişdir.
Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 10 müraciət, o cümlədən 1 rayon icra Hakiiyyətindən, müraciətə əsasən müvafiq tədbirləin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbbi Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza idarəsinə müraciətlər edilmiş və Bakı şəhər icra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.
Sabunçu rayon Zabrat bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.
Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş 67 müraciət qeyd edilən məsələlərə aid olub:
Arayışların verilməsi (vegi borcların olub-olmaması, - 5
torpaq sahələrinin ayrılıb ayrılmaması və s.) – 3
Maddi yardım - 11
Dəfnlə bağlı Sosial Müdafiə Fonduna arayışlar - 42
Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s. - 6
Müraciətləri 62 müsbət həll olunub
Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.
Bələdiyyə vətəndaşların və öz hüquqi maraqların müdafiəsi istiqamətində bir sıra işlər görmüş. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 3 məhkəmə proseslərində Bələdiyyə xeyrinə qərarlar qəbul edilmişdir.
Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərlməsi həyata keçirilir.
Bələdiyyədə “qaynar xətt” də (telefon 550-51-00) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsi ilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və məsul işçilər müraciətləri qəbul edir.
Bələdiyyədə hesabat dövründə 1430 vətəndaş qəbul edilmiş, o cümlədən şəxsən sədr tərəfindın 1050 .
Bələdiyyə seçki orqanı olaraq çalışır ki, seçicilərlə ünsiyətini daha da genişləndirsin. Daimi komussiyalar, “ icimai –Humanitar Məsələləri sektor” u ilə birlikdə əhaliyə, seçicilərə bələdiyyənin fəaliyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.
Zabrat bələdiyyəsi təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları, ərazimizdə yaşayan tənha qadınlar bayram münasibəti ilə təbrik olunublar. 21 Mart Novruz Bayramı münasibəti ilə, “Qələbə Xonçası“ adlı tədbir həyata keçirilmişdir. Rayon ərazisində yaşayan 7 şəhid ailələri ziyarət edilmiş, bayram sovqatları verilmiş, ailə üzvlərinə “Qələbə Xonçası” adlı sovqatlar təqdim edilmişdir. Novruz bayramı münasibəti ilə həmçinin ərazidə yaşayan çoxsaylı, aztəminatlı, əlil, yardıma ehtuyacı olan ailələrə də bayram sovqatları pylanmışdır.
ərazimizdə yaşamış II-ci Qarabağ Mühariəsi şəhidi baş leytenent Muradov Siyavuş Akif oğlunun yaşadığı evin qarşısında “Bulaq” kompleksinin ətrafı abadlaşdırılmış, 3 saylı qəbristanlıqda dəfn olunmuş şəhidimizin xatirəsinə “Bulaq” kompleksi tikilərək, su çəkilmiş və ətrafı abadlaşdırılmışdır.
Zabrat bələdiyyəsində bələdiyyə tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, orta ümumtəhsil məktəblərinin 1-6-cı sinif şagirdləri arasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Uşaqlarin gözü ilə Qara Yanvar facyəsi” mövzusunda inşa müsabiqəsi, 2 Fevral Gənclər Günü ilə bağlı qazilərimizlə birlikdə “Qalib ölkənin qalib gəncləri” adlı tədbir, 26 Fevral Xocalı faciəsinin 29-cu ildönümü barədə, bu il Xocalının işğaldan azad olunması münasibəti ilə “Xocalıya qaytdıq” adlı orta ümümtıhsil məktəb şagirdləri araında onlayn tədbir, 9 May Qələbə Günü, 10 May Ulu Öndər Heydər əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə, 15 iyun Qurtuluş Günü münasibəti ilə siyasi tədbirlər həyata keçirilmişdir
27 Sentyabr “Anım Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları ilə birlikdə rayon ərazisində qeydiyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmiş, 18 Oktyabr Müstəqillik Günü ilə əlaqədar olaraq, məktəblilər arasında “Müstəqilliyimiz əbədidir, dönməzdir” adlı rəsm müsabiqəsi keçirilmişdir. Tədbirdə iştirak edən məktəblilərə fəxri fərmanlar təqdim olunmuşdur.
8 Noyabr “Zəfər Günü” , 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları məktıblilərlə birlikdə “Qənimətlər Parkı” ziyarət edilmiş, videoçarxlar hazırlanmışdır.
Sabunçu rayon Zabrat blədiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hrsabatı elan, bülleten, internet saytı və s. vasitələrlə çatdırır.
Nəsirova N.Y.
Sabunçu rayonu Zabrat Bələdiyyəsinin sədri