sorğu
Sabunçu rayon Pirşağı bələdiyyəsinin yaydığı məlumata görə, ölkəmizə “Novruz”un gəlişi münasibətilə Zabrat, Kürdəxanı və Pirşağı qəsəbəsi sakinlərin iştirakıyla Zabrat qəsəbəsində təntənəli bayram şənliyi təşkil edilmişdir.
Məlumatda bildirilir ki, bayram tədbirində sakinlərə müxtəlif məzmunlu oyunlar təqdim edilmiş, bayram konserti keçirilmişdir.
Məktəb şagirdlərinin ifasında bayrama həsr olunmuş şeirlər oxunmuş, səhnələşdirilmiş oyunlar təqdim edilmişdir.
Qeyd edək ki, Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir. Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
Belediyye.info
|
|
|
|