Strateji Tədqiatlar Mərkəzi idarə heyətinin sədri Zahid Oruc öz sosial media hesabında bələdiyyələrin fəaliyyətiylə bağlı maraqlı məlumat paylaşıb. Məlumatı olduğu kimi paylaşırıq.
"STM tərəfindən öncəki illərdə hazırlanan "Bələdiyyə/ Yerli idarəetmə ictimai rəydə" analitik hesabatında bələdiyyələrlə bağlı bır sıra məqamlara aydınlıq gətirilib.
Belə ki, kənd bələdiyyəsi üzrə 92 klaster, qəsəbə bələdiyyəsi üzrə 47 klaster və şəhər bələdiyyəsi üzrə 39 klaster seçməyə daxil edilərək
ümumilikdə 176 bələdiyyə üzrə 2848 nəfər arasında sorğu keçirilib.
“Bələdiyyənizin fəaliyyəti ilə bağlı məlumatları, adətən, necə əldə edirsiniz?” sualına respondentlərin cavablarını aşağıdakı kimi xarakterizə edə bilərik.
Respondentlərin 36,1%-i görülən işlərin bilavasitə şahidi olduğunu bildirdiyi halda, bələdiyyələr tərəfindən məlumatlandırma istiqamətləri üzrə göstəricilər olduqca aşağı səviyyədə təsbit edilib. Müvafiq olaraq bələdiyyə işçilərindən (12%), bələdiyyələrin internet və sosial şəbəkələrdəki səhifələrdəki paylaşımlarından (5,4%) və (4,2%), bələdiyyələrin fəaliyyətləri ilə bağlı hesabatlardan məlumat alanlar respondentlərin sadəcə olaraq 6,3%-ni təşkil edir. Maraqlı məqamlardan biri kimi qeyd edə bilərik ki, 26,7% respondent, ümumiyyətlə, məlumat əldə etmədiyi fikri ilə çıxış edir.
Bu göstəricilər bələdiyyələrin hesabatlılığı və vətəndaşlarla işləmə səviyyəsinin aşağı olması qənaətinə gəlməyə imkan verir."