"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zakatala bələdiyyələrin büdcə gəlirləri 16 faiz azalıb

--2019-07-16 / 19:02

Zakatala rayonunda formalaşan 23 bələdiyyənin 2018-ci ildə  əldə etdikləri maliyyə vəsaitinin həcmi 913.100 manat olub. Bu da 2017-ci illə müqayisədə büdcə gəlirlərində 16 faiz azalma deməkdir. əldə edilən vəsaitin isə 45.6 faizi yəni (416.800 manat) bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəsindən daxil olub.

Bu məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Zakatala rayonunda formalaşan 23 bələdiyyə 98.000 manatlıq əmlak vergisi, 259.000 manatlıq torpaq vergisi, 500 manatlıq mədən vergisi, 200 manatlıq reklam vergisi, 1.400 manatlıq dayanacaq rüsumu, toplaya biliblər.

Təəsüf ki, il ərzində mehmanxanalardan bələdiyyə büdcəsinə heç bir vəsait daxil olmayib.

Zalatala bələdiyyələrinin mülkiyyətində olan əmlkaın istfadəsindən daxi lolan vəsaitin 42.300 manat olub. Bununla yanaşı rayonun əliabad bələdiyyəsinin təsis etdiyi müəssiəsindən daxil olan mənfəət vergisinin həcmi 900 manat olub.

Qeyd edək ki, il ərzində 57.000 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Fiziki və hüquqi şəxslərdən daxil olan maliyyə yardımlarının həcmi isə 1600 manat olub

Zakatala bələdiyyələri əldə etdikləri qazancın 55.6 faizini, yəni 560.000 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 9.5 faizini isə 96000 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

Belediyye.info

ŞƏRHLƏR