Zakatala rayonu Danaçı kənd bələdiyyəsinin sədrini tanıyaq
Zakatala rayonu Danaçı bələdiyyəsinin sədri Amrulla Mohuma oğlu Həlləyev 04 mart 1964-cü ildə Danaçı kəndində anadan olub.
1981-ci ildə Danaçı 1 saylı orta məktəbini, 1993-cü ildə isə Poltava inşaat-Mühəndislər institutunu bitirib.
əmək fəaliyyətinə Zaqatala rayonu â„–2-li fındıq sovxozunda fəhlə kimi başlayıb. 1987-1997-ci illərdə Ukraynanın Poltava şəhərində Mənzil-tikinti kombinatındfa müxtəlif məsul vəzifələrdə çalışıb.
2004-cü ildə ikinci bələdiyyə seçkilərində namizədliyini verərək bələdiyyə üzvü, 2005-ci ilin yanvarında isə komissiya sədri seçilib.
2009, 2014 və 2009-cu illərdə bələdiyyə üzvü, 2010-2012-ci llərdə bələdiyyənin sədr müavini, 2012-ci ildən isə bələdiyyənin sədri vəzifəsində seçilib.
Milliyətcə avar olan Amrulla Mohuma oğlu Həlləyev ailəlidir, üç övlad atasıdır.