"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zakir Cəfərov üçün özəl gün

--2018-05-31 / 20:03

Bu gün Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərovun ad günüdür.

Bu münasibətlə tanınmış  bələdiyyə sədrini təbrik edir və inanırıq ki,  Z.Cəfərovun sədrliyi ilə Yasamal bələdiyyəsi daha böyük zirvələrə çatacaq, yeni layihələr həyata keçirməklə daha böyük uğurlara imza atacaqdır.

Etiraf etməliyik ki, Yasamal bələdiyyəsi məhz Zakir Cəfərovun sədrliyi dövründə   yeni inzibati binaya sahiblənib.

Bu gün Azərbaycanda ilk olaraq ən müasir inzibati binada fəaliyyət göstərən Yasamal bələdiyyəsinin yaxın günlərdə bələdiyyə bağçasının da  istifadəyə veriləcəyi gözlənilir.

Bəs Zakir Cəfərov kimdir?

Cəfərov Zakir Ramazan oğlu 01 iyun 1950- ci ildə Naxçıvan MR-nın şahbuz rayonunun Kolanı kəndində müəllim ailəsində anadan olub.

1967-ci ildə Naxçıvan MR- nın Culfa rayonunun Bənəniyar orta məktəbini bitirib.

1966-1971–ci illərdə Culfa rayonunun H.Cavid adına üzümçülük sovxozunda fəhlə işləyib.

1969-1971-ci illərdə hərbi xidmətdə olan Z.Cəfərov 1971-1972-ci illərdə Bakı Dövlət Universitetinin hazırlıq kursunda oxuyaraq 1972-1979-cu illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsində təhsil alaraq,  kimya müəllimi ixtisasına yiyələnib.

1980-ci ildən Bakı Dövlət  Universitetinin Biokimya kafedrasına laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləyib.

 Hazırda kafedranın dosenti vəzifəsində işləyir.

1994- cü ildə bilogiya elmər namizədi alimlik elmi dərəcəsini alıb.

45 elmi əsərin, 1 monoqrafiyanın, 1 metodiki göstərişin və 1 dərs vəsaitinin müəllifidir.

1999-cu ildə Bakı şəhəri Yasamal bələdiyyəsinin üzvi və Ekologiya daimi komissiyasının sədri seçilib. 2007-ci ilin yanvar ayından Yasamal bələdiyyəsinin sədri seçilib.

2009-cu ildə üçüncü dəfə Yasamal bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

2010-cu ildən Azərbaycan şəhər Bələdiyyələrin Milli Assosasiyasının sədr müavini seçilib.

1993-cü ildən YAP-ın üzvdür.

ŞƏRHLƏR