Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir. Bu barədə məlumatı http://sumqayitxeber.com portalı yayıb.
Ankarada rəsmi səfərdə olan Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib. Anıtqəbir önünə əklil qoyulub.
Nümayəndə heyəti Atatürkün xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra ziyarətçilər Anıtqəbr muzeyi ilə tanış olublar.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Sumqayıt bələdiyyəsinin sədri Sultan əsədov da var.
Belediyye.info
|
|
|
|
|
|
|
|