"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zakir Fərəcov Sumqayıt bələdiyəsinin üzvləri ilə görüşüb

--2018-03-30 / 12:08

Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıt bələdiyəsinin üzvləri və məhəllə komitələrinin üzvləri ilə görüşüb. Bu barədə məlumatı Sumqayıt bələdiyyəsi yayıb.

Görüşdə regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində son illərdə Sumqayıt şəhərində görülən işlər, həyata keçirilən layihələr nəzərdən keçirilib, qarşıda duran vəzifə və öhdəliklər müzakirə edilib.

Bildirilib ki, son illər ərzində şəhərdə əsaslı yenidənqurma və abadlıq işləri həyata keçirilib, mühüm infrastruktur layihələri icra edilib. Görülən bütün işlər şəhərin simasını büsbütün dəyişdirib.

Prezident ilham əliyev ötən il ərzində şəhərimizə etdiyi 3 səfərdə görülən işləri olduqca yüksək qiymətləndirib, şəhərin problemlərinin həlli istiqamətində yeni tapşırıq və vəzifələr müəyyən edib.

Sumqayıt Bələdiyyəsinin sədri Sultan əsədov son illər ərzində Bələdiyə tərəfindən həyata keçirilən işlər barədə məlumat verib, şəhərdə aparılan abadlıq-quruculuq işlərinə bələdiyyənin bundan sonra da dəstək verəcəyini bildirib.

Belediyye.info

ŞƏRHLƏR