"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zakir Fərəcov üçün özəl gün

--2018-02-03 / 06:18

Bu gün Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun doğum günüdür. Etiraf edilməlidir ki,  Zakir Fərəcovun doğma Sumqayıta gəlişi özüylə şəhərə yeni nəfəs gətirdi.

 O, icra başçısı təyinatınadək isə Sumqayıt bələdiyyəsinin sədri vəzifəsində çalışıb və bu sistemin formalaşmasında da öz sözünü deyə bilib, bir çox ilklərə imza atıb. 

Bəs Zakir Fərəcov kimdir7

 *****

 Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı institutunun "Sənaye iqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin institutu bitirmişdir.

 • əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.

• 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.

• 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı istehsalat birliyində texnik kimi işə başlamışdır.

• 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal istehsalat birliyinə baş direktor təyin olunmuşdur.

• 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.

• Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

 Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə  26 dekabr 2012-ci il tarixli 2625 saylı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "şöhrət" ordeni ilə, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında 4 oktyabr 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

  Yeni Azərbaycan Partiyasının üzvüdür.

 Ailəlidir, 4 qızı, 1 oğlu, 11 nəvəsi var.

ŞƏRHLƏR