2020-cu il yanvar ayının 13-də Azərbaycan Respublikasının prezidenti ilham əliyev cənablarının yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.Hörmətli prezidentimiz qeyd etdi ki, 2019-ci il ölkəmiz üçün olduqca uğurlu il olmuşdur. Dünyada və bölkəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycan uğurla,surətlə inkişaf etmişdir və nəzərdə tutulan layihələr hamısı həyata kecirilmişdir.Azərbaycan öz müstəqil yolu ilə,inkişaf yolu ilə uğurla gedir və gedəcək.Azərbaycanda hal-hazırda bütün sahələrdə aparılan uğurlu islahatlar bundan sonra da davam edəcəkdir.
Ölkəmizdə yаrаdılаn ictimаi-siyаsi sаbitlik, dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsi üçün Prеzidеntimizin imzаlаdığı sənədlər, bələdiyyələrin inkişÐ°fınа göstərdiyi qаyğı və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırır. Bələdiyyələr gündən-günə inkişÐ°f еdir, möhkəmlənir, yеrli məsələlərin həllində dаhа inаmlа iştirаk еdir, əhаlinin bu prоsеslərə cəlb еdilməsində fəаllıq göstərir.Prеzidеntimizin qаrşıyа qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə qurumu оlаrаq Muxax bələdiyyəsi də оnlаrın həlli istiqаmətində fəаllıq göstərməyə çаlışÐ°rаq Zaqatala RiHB-nın Muxax və Zəyəm kəndləri üzrə nümayəndəlikləri ilə birlikdə müxtəlif layihələri həyata keçirməyə nail olur.
Muxax bələdiyyəsi ölkə Prezidenti cənab ilham əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, yerli özünüidarəetməyə dair qanunlara, Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin təklif və tövsiyyələrinə,digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir.Bələdiyyələr bu gün ölkəmizin sosial-iqtisadi və mədəni həyatında öz tövhələrini verir. Bələdiyyələr artıq formalaşır, maliyyə ilə yanaşı digər imkanları isə ilbə il genişlənir.
Təbii ki, bu sahədə əldə etdiyimiz uğurlar Dövlətimizin bilavasitə qayğısı və Zaqatala RiHB-sı Mübariz əhmədzadənin diqqəti sayəsində əldə olunur.Muxax bələdiyyəsinin ərazisində 2019-ci ildə aparılan dövlət əhəmiyyətli işləri də qeyd etməmək mümkün deyildir.Bunlara misal olaraq Muxax kəndində yolların asvaltlaşdırılması,yol kənarının kol-kosdan təmizlənməsi kəndin dağ dibi yaşayış sahəsində isməli su üçün vurulan arteziyanı,kənddə yeni müasir tipli elektirik nizamlayıcı transfarmatorların qoyulmasını,Muxax bələdiyyəsi ərazisində daha vacib olan kücələrə odun elektirik dayaqların yerinə yeni dəmir elektirik dayaqları ilə yenilənməsi və kabelləşdirilməsi,Qaz boru xəttlərinə standartlara cavab verən nizamlayıcıların qoyulması.Biz inanırıq ki,bundan sonra da Muxax bələdiyyəsi ərazisində yaşayan sakinlərimizin sosial rifah halının yaxşılaşdırılması istiqamətində dövlətimizin qayğısını daim hiss edəcəklər.
Bələdiyyə olaraq ilk növbədə görülməsi zəruri olan işlər, əhalini ən çox narahat edən məsələlər barədə düşünürük. Sakinlərin problemlərini öyrənirik və bələdiyyənin imkanları daxilində bu qayğıları öyrənirik gücümüz satdığı səviyyədə həll etməyə calışırıq.Bələdiyyəmizin əsas vəzifəsi sakinlərin rifah halının yaxşılaşdırılmasından sosial-iqtisadi problemlərinin qismən həll edilməsindən ibarətdir. əsas işlərimizdən biri də sakinlər arasında olub onların gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini həll etmək üçün onların yanında olmağımızı sübut etməkdir. Bələdiyyə olaraq biz işimizi sakinlərə sədaqət və ehtiram prinsipi əsasında qurmağa çalışırıq.Bundan sonra da sakinlərimizin müraciətləri əsas götürülərək bələdiyyə ərazisində işlərimizi görəcəyik.
Bu gün biz "Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qarşınızda 2019-ci ilin hesabatını veririk.
2019 cı il ərzində Muxax bələdiyyəsinin 22 iclası keçirilmişdir. Keçirilmiş bələdiyyə iclaslarında bələdiyyə icra aparatının, daimi komissiyaların iş planları, ştat cədvəli təsdiqlənmişdir. Daimi Komissiyalar tərəfindən bələdiyyə iclaslarının müzakirəsinə bir sıra məsələlər çıxarılmış, hüquqi aktların qəbul olunması üçün rəy və təkliflər hazırlanmışdır. Bələdiyyə tərəfindən qəbul edilmiş müvafiq aktlar qanunauyğun olaraq, nəzarət qaydasında baxılması üçün keçikdirilmədən Azərbaycan Respublikası ədliyyə Nazirliyinin şəki Regional ədliyyə idarəsinə göndərilməsi təmin edilmiş və müsbət rəylər alınmışdır.
Bələdiyyədə kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə uyğun qurulmuşdur.2019-cu ildə Muxax Bələdiyyəsinə təşkilatlardan 99 məktub daxil olmuş,məktublarda qeyd edilən məsələlər tezliklə araşdırılaraq məktublara vaxtında cavab verilməsi təmin edilmişdir. Bələdiyyəyə 111 ərizə daxil olmuşdur. Bunlardan 79 nəfəri həyətyanı torpaq sahəsi satılması ilə əlaqədar olmuş onlar bələdiyyədə növbəyə götürülmüşdür.(Məlumat üçün bildiririk ki,həyatyanı növbəsində bu günə 290 nəfər vətəndaşımız var.) 12 nəfəri maddi yardım, 2 nəfəri sahibkarlıqla məşğul olmaq üçün, 10 nəfər sənədlərin düzgün hazırlanmaması ilə əlaqədar qalan 8-i isə müxtəlif səpkilərdə verilən ərizələrdir.Bütün qeydiyyata alınan ərizələr araşdırılmış,təyinatı üzrə qanunvericiliyə müvafiq olaraq cavablandırılmışdır.
Bələdiyyə tərəfindən 2019-cu ildə aşağıda qeyd etdiyim işlərin görülməsi təmin edilmişdir.
-Zaqatala-Qax şosse yolunda təmizlənmə işləri aparılmışdır,yol kənarında olan kol-kosun təmizlənməsi təmin edilmişdir.
-Vətəndaşların müraciəti əsasında kəndin müxtəlif ara yollarına cınqıl daşınaraq təmir edilmiş,lazım olan yerlərdə su kecidi arxlara müxtəlif ölçülü azbes və dəmir borular alınaraq qoyulmuşdur.
- Dağ dibi ərazidə icməli su üçün qazılan subarteziyan quyusu ətrafında təmir işləri aparılmışdır.
-Zəyəmdə bərbad vəziyyətdə olan ara yollara cınqıl töküməklə təmir edilib.
-Dağ dibi yaşayış sahəsinə icməli su cəkilişi üçün 1000 metr uzunluğunda plastik boru alınmış su cəkilişi təmin edilmişdir.
-Məscid binasında təmir işlərinə yardım edilmişdir.
-Müraciətə əsasən Zəyəm kəndinin yuxarı hissəsində olan arteziyana su cəni alt hissəsində tikinti işləri aparılmış,su cəni yuxarı qaldırılmış və lazım olan mal-material alınmışdır.
-Müraciətlərə əsasən ərənci yaşayış sahəsində çay kənarı yola elektirik dayaqları və elektirik transfarmatoru qoyulmuşdur.
-Müraciətlər əsasında vətəndaşların pay torpaqları olan çöllərdə də yollara cınqıl daşınaraq təmir edilib.
-Yeni il hədiyyələri alınaraq məktəblərədə oxuyan ibtidai sinif şagirdlərinə və bağcaya verilib.
-Kənddə daim səllimçiliyə qarşı mübarizə aparılmış,bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir bu iş mütəmadi olaraq davam etdirilir.
-Kəndimzdə icməli su problemlərini də bələdiyyə olaraq biz özümüz diqqətlə saxlamaqla mütamadi olaraq təmir işləri aparırıq ki,vətəndaşlarımız bu sahədə sətinliklə üzləşməsinlər.
-Suvarma suyunun yaz yay aylarında çaylaxlarda müntəzəm olmasını təmin etmiş bu sahə həmişə diqqət mərkəzində olmuşdur.
-Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi də diqqət mərkəzində olmuş bələdiyyənin imkanları hesabına fındıq və tut tinki bağı salınmışdır bu işlər davam etdirilir və bağlara lazımi qulluq edilmişdir.
- əlillərə xəstələrə,yas yerlərinə,tək kimsəsizlərə və maddi yardımlar edilmişdir.
-Dövlət əhəmiyyətli bayram tədbirlərində yüksək səviyyədə iştirak etməklə tədbirlərin kecirilməsi təmin edilmişdir.
-Muxax və Zəyəm kənd Qəbirstanlıqlarında təmizlik abadlıq işləri görülmüş,təmir tikinti işləri aparılmışdır,bu işlər bundan sonra da mütamadi olaraq davam etiriləcəkdir.
-Muxax kəndinin əsas yolu olan Azərbaycan prospekti mütamadi olaraq zibildən təmizlənir,yol kənarı arxların təmizlənməsi diqqətdə saxlanılır.
2019–cü il üçün bələdiyyənin gəlirləri 119.000 manat proqnazlaşdırılmışdır, faktiki gəlirlərimiz isə 85.062 manat olmuşdur.
Bələdiyyə büdcəsinə aşağıdakı mənbələrdən pul vəsaiti daxil olmuşdur;
- Torpaq satışından – 43778 manat(əvvəlki illərin hesabına)
- Torpaq vergisi - 15504 manat
- əmlak vergisi – 7574 manat
- Uzunmüddətli,qısamüddətli icarə- 8601manat
- Digər gəlirlər - 3661 manat
- Dövlət tərəfindən verilən - dotasiya – 2520 manat
- Mədən vergisi - 40 manat
- Maliyyə sahksiyası 104 manat
- Torpağın sənədləşməsi üçün 3280 manat
Muxax bələdiyyəsininnin 2019-cu ildəki xərcləri aşağıdakı kimi olmuşdur.
- işçilərə əmək haqqi ödənilmişdir 24828 – manat
- DSMF ödəmələr – 7954 manat
- Yerli xəzinədarliq orqanına vergi ödenişi – 303 manat
- Dəftərxana ləvəzimati kompyuter təmiri və sair – 406 manat
- Silahlı qüvvələrə- - 600 manat
- inventar alınmasına xərclər 1688 -manat
- Kimsəsilərə və şəhid ailəsinə yardımlar - 1660 manat
- Abunə uçun – 1002 manat
- icməli su Arteziyanların təmiri cənlər alınmasına - 3699 manat
- Rabitə xidmətinə – 793 manat
- Az qiymətli mal-material xərcinə -500 manat
- Yol nəqliyyat xərclərinə 8219 manat
- Abadlıq xərclərinə 3425 manat
- işsizlik sığortası 284 manat
- Mədən kütləvi tədbirlərə idmana 3979 manat
- şəhid abidəsində təmir işlərinə - 2801 manat
- Təhsil xərclərinə -1839 manat
- Bank,poçt xidmətinə 677 manat
- Odun elektirik enerjisi sərfiyyatına – 743 manat
- Məscid binasının təmirinə 996 manat
-şəhid ailələrinə odun 260 manat
- DəDRX-nə və müsabiqə hərraca - 7112 manat
-Azərpoçt MMC-yə ödənilib müqaviləyə əsasən 1767 manat
-Qəbirstanlıqların saxlanmasına - 894 manat
-Həmkərlar 569 manat
-Digər xərclər - 6267 manat
- Kənd BələdiyyələrininMilliAssosiasiyasina 360 manat
- Audit xidmətinə -2400 manat
1 yanvar 2020- cu il tarixə Muxax bələdiyyəsinin hesabinda 727 manat xərclənməmiş vəsait qalmışdır. Məlumat üçün bir məsələni də nəzərinizə catdırmaq istəyirəm ki, 01 yanvar 2020-cu il tarixə bələdiyyəmizin işçilərə 1288 manat haqqı borcu qalmışdır.Yanvar ayının əvvəlində həmin borc da ödənilmişdir.
Hesabatdan göründüyü kimi 2019-cu ildə Muxax bələdiyyəsi diqqətə layiq işlər görməyə nail ola bilmişdir. Gördüyümüz işlərlə yanaşı görüləcək işlərimiz də çoxdur. ən mühüm məsələ isə Yerli (Bələdiyyə) Vergi ödənişlərin Avtomatlaşdırılmış Məlumat sisteminin yaradılmasıdır ki,vergilərin həmin bazaya işlənməsindən sonra vegilərin toplanmasında əsaslı dönüş yardılmışdır.Cəsarətlə deyə bilərik ki,hal-hazırda 100 % vergi ödəyiçilərimizin torpaqları və əmlakı məlumat bazasına yerləşdirilmişdir.Hər bir vergi ödəyiçilərimizdən xahiş edirik ki, imkanları daxilində heç olmasa ildə bir dəfə Muxax bələdiyyəsinə gələrək vergilərin hesablanması ödənilməsi barədə öz şəxsi hesabları ilə tanış olsunlar və vergi borclarını vaxtında ödəsinlər ki,sistemdə onlara əlavə faiz hesablanması dayandırılsın.Məlumat üçün hər birinizə bildiririk ki, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi məcəlləsinin 59.1 maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1 % məbləğində faiz tutulacaq və maliyyə sanksiyası tədbiq ediləcəkdir.
Nəzərinizə bir məsələni də catdırmaq istəyirik ki,adətən vətəndaşlar şəxsi mülkiyyətində olan torpaq sahələrini başqasina satdıqda,mülkiyyətçi vəfat etdikdə və ya bagışladıqda yeni torpaq sahibləri qeydiyyata düşmürlər, halbu ki, vergilər məcəlləsinə görə mulkiyyət sahibi olan fiziki şəxslər bir ay müddətində bələdiyyənin yerli idarəetmə orqaninda özləri şəxsən müraciət edərək uçota durmalı və alqı satqı apardığı vətəndaşın əvvəlki illərdən bələdiyyə büdcəsinə vergi borcları olub olmaması ilə maraqanmalıdırlar.Nəzərə alın ki,bu olduqca vacib olan bir məsələdir. Dövrümüzün tələblərinə uyğun olaraq bələdiyyənin sosial şəbəkələrdə feysbuk səhifəsi və elektron poçtumuz yaradılmış və həmişə işlək vəziyyətdədir.Hər bir vətəndaş elektron qayda da istədiyi məlumatı bələdiyyədən ala və ya məktub şəklində müraciət edə suallarını bələdiyyəyə elektron qaydada ünvanlaya və cavab ala bilərlər.
Vətəndaşların ödənişlərə olan münasibətləri var ki, biz qismən də olsa vergi ödənişlərində müəyyən qədər artıma nail ola bilmişik.Bunun sayəsində də biz kəndimizdə müəyyən qədər işlər görə bilmişik. 2019- ci ildə də nə qədər calışsaq da torpaq əmlak vergisinin toplanmasına icarə haqlarının yığılmasında yenə də müəyyən qədər cətinliklərimiz qalmaqdadır. Elə fürsətdən istifadə edərək bütün Muxax bələdiyyəsi ərazisində yaşayan sakinlərimizə müraciət edirəm ki, torpaq və əmlak vergilərini, torpaq icarə haqlarını vaxtında ödəsinlər. Biz bir ildəki fəaliyyətimiz haqda sizə hesabat verdik. Necə fəaliyyət göstərmişik bunun qiyməti isə sizlərdən aslıdır.
Zaqatala rayonu Muxax bələdiyyəsi