"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zaqatala rayonu Muxax bələdiyyəsinin 2020-ci ilin 6 ayın yekunlarına dair hesabatı

--2020-07-13 / 11:44

Müasir Azərbaycan Respublikası bu gün inkişafının ən yüksək mərhələsini yaşayır, vətəndaşlarının təhlükəsizliyinin, yüksək rifah halının və rahat yaşayışının təmin olunması istiqamətində qətiyyətli addımlar atılır. Ulu öndər Heydər əliyev tərəfindən əsası qoyulmuş davamlı inkişaf strategiyasını möhtərəm Prezidentimiz ilham əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə reallaşdırılması ölkəmizdə beynəlxalq səviyyədə rəqabət qabiliyyətli iqtisadi sistemin qurulmasını təmin edir. Həyata keçirilən uzaqgörən dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayandığına görə sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. Hər il olduğu kimi, 2020-ci ildə də dövlət büdcəsinin sosialyönümlülüyünün davam etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamət olaraq qalmaqdadır.

Muxax Bələdiyyəsi Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan, Bələdiyyələrlə iş Mərkəzinin təklif və tövsiyyələrindən,bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri,vətəndaşların təklif və tövsiyyələrini eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Zaqatala rayon icra Hakimiyyətinin Başçısı Mübariz əhmədzadənin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini davam etdirmişdir.

Artıq 5-ci dəfə keçirilmiş bələdiyyə seçkilərindən altı ay ötmüşdür. Ötən müddət ərzində Muxax bələdiyyəsi tərəfindən sakinlərin problemləri öyrənilmiş, imkan daxilində bu qayğılar təmin edilmişdir.

2020-ci ilin əvvələrindən başlayaraq pandemiyaya çevrilmiş və təhlükəli xarakter almış “COViD 19” virusu ilə mübarizə tədbirləri bütün dünyanı əhatə etmişdir.

Ölkə Prezidentinin rəhbərliyi ilə vaxtında “COViD 19” virusunun daha geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması, itkilərin minimuma endirilməsi məqsədilə, profilaktik tədbirlər bu gün də davam etməkdədir.

Virusla mübarizə çərçivəsində Heydər əliyev Fondu da Mehriban xanım əliyevanın rəhbərliyi ilə bu çətin günlərdə xalqın yanında olaraq, minlərlə insana maddi və mənəvi dəktək olur.

Bu dövrdə biz də həm işləyirik, həm də sosial məsafənin qorunmasını təmin edirik, qoruyucu maskalardan istifadə edirik. ən əsas vəzifəmiz isə, bu dövrdə sakinlərimizin yanında olub, “COViD 19” ilə əlaqədar, təbliğat işlərinin aparılması olmuşdur.Proflaktik tədbirləri əhalinin marifləndirilməsi işlərini bu gün də ərazidə davam etdiririk.

Bələdiyyələrdə aparılan işlərin səmərəlliyi də bütövlükdə ölkədə həyata keçirilən uğurlu siyasi,iqtisadi,sosial siyasətin nəticələrindən asılıdır.

Bələdiyyə olaraq biz də fəaliyyətimizi əsasən quruculuq-abadlıq, səliqə-səhman işlərinə yönəldirik. Ümumiyyətlə, Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi nümayəndəlikləri ilə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətini qurmuşdur.

«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq, Muxax Bələdiyyəsi 2020-ci ilin 6 ayı ərzində gördüyü işlər haqqında bələdiyyə üzvləri iclasında təsdiq olunmuş hesabatını ictimaiyyətə təqdim edir.

2020-cu ilin 6 ayı ərzində Muxax bələdiyyəsində 10 iclas keçirilmişdir, həmin iclaslarda 36 məsələ müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmiş qararların icrası da vaxtında yerinə yetirilmişdir.

6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 93 ədəd ərizə və məktub daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur.

Müraciət edənlərin əksəriyyətinin xahişi imkan daxilində müsbət həll edilmişdir.6 ay ərzində 55 nəfər bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif müraciətlərin əksəriyyəti komissiyalar və icra aparatı tərəfindən araşdırılaraq həllini tapmış həlli mümkün olmayan ərizələr isə baxılması üçün əlaqədar qurumlara yönəldilmişdir.6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 52 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmışdır.

Bələdiyyədə 2020-ci ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanununa uyğun qaydada qurulmuşdur.Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir.Hamımız yaxşı bilirik ki,bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır.

Maliyyə imkanlarımız əsasında 2020-ci ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini təmin etmişik.

           -Karantin başlayandan bu günə qədər bələdiyyə imkanları daxilində vətəndaşların yanında olmuş imkansız ailələrə ərzaq yardımları edilmiş.

           -Bələdiyyə ərazisində olan şəhid ailələrinə tək kimsəsizlərə yardımlar edilmişdir.

           -ərazidə icməli daim diqqət mərkəzində saxlanılmış,təmir işləri aparılmış, nəzarəti həyata keçirmək üçün bələdiyyə qulluqcusu təhkim edilmişdir.

             -ərazidə müxtəlif yerlərdə bələdiyyə imkanları daxilində abalıq işləri aparılmışdır

             -Kəndin mərkəzi yolunun mütamadi olaraq təmiz və səliqəli saxlanılmasına daim fikir verilir.

            -Suvarma suyu üçün bələdiyyə büdcəsindən Zaqatala Suvarma idarəsinə vəsaitin ödənilməsi təmin edilmişdir.çaylarda suvarma suyunun olmasına diqqət yetirilmişdir.

           -2020-ci ilin 6 ayı ərzində gəlir və xərclərimiz aşağıdakı kimi olmuşdur.

Məlumat üçün bildirim ki, bələdiyyənin 01yanvar 2020-ci il tarixə qalıq vəsaiti olmuşdur 726 manat 71 qəpik

     Büdcəyə aşağıdakı mənbələrdən pul vəsaiti daxil olmuşdur

                                                                       (manat)

-         Torpaq satışından –                           23869.00

-         Torpaq vergisi -                                   5376.51

-         əmlak vergisi –                                     2012.39

-         Torpaq icarə haqqı -                            5245.71

-         Yer qurul.üçün                                       1956.00

-         Fındıq satışından-                                     95.00

-         digər gəlir                                               179.37

         Cəmi yekunu                                     39460.69

Bələdiyyənin 2020-ci ilin 6 ayı ərzində xərcləri aşağıdakı kimidir.

                                                                                                 (manat)

-         işçilərə əmək haqqi ödənilmişdir                                   15882.67

-         DSMF ödəmələr                                                             3971.25

-         Dəftərxana ləvəzimati və kitabların alınmasına                 375.60

-         işsizlik sığortası                                                                158.88

-         Silahlı qüvvələrə                                                               300.00

-         Maddi yardım tək kimsəsizlər                                           410.00

-         şəhid ailələrinə yardım                                                     420.00

-         karantinlə əlaqədar ərzaq yardımı                                     846.60

-         Abunə uçun                                                                       270.00

-         Rabitə xidmətinə                                                               374.04

-         icməli su xətti və suvarma suyu üçün                            1763.00

-         Mədəni kütləvi tədbirlərə idmana                                     790.00

-         DəDRX-nə sənədləşmə üçün                                         2255.40              

-         Bank –poçt xidmətinə                                                        224.32

-        Elektirik enerjisi sərfiyyatına                                               97.19

-         Kənd Bələdiyyələrinin Milli Assosiasiyasina                     272.00

-         Bələdiyyə qulluqcuları Həmkərlar təşkilatına                     270.30

-       Abadlıq işlərinə                                                                 1800.00

-       Həyətyanı üçün ödənilmiş pul geri qaytarılıb                   2080.00

-       Audit xidmət haqqı                                                             1000.00  

         Cəmi yekunu                                                                 34034.21

Bələdiyyəmizin hesablaşma hesabında 01 iyul 2020-ci il tarixə 5426 manat 48 qəpik vəsaitimz var.

Məlumat üçün bildirim ki,Muxax bələdiyyəsi olaraq biz gənc bələdiyyə üzvləri fəxrlə deyə bilərik ki,6 ay müddətindəki fəaliyyətimizin nəticəsidir ki,yaxşı mənada büdcəmizdə istifadə edilməmiş yuxarıda qeyd edilən məbləğdə vəsaitimiz var.Bələdiyyəmizin qulluqcularının da bu sahədə olan işlərini yüksək qiymətləndirirəm.

Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir.Bələdiyyə üzvlərimiz seçicilərin qarşısındakı məsuliyyətlərini daha dərindən dərk edir,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışırlar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Muxax Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook) internet səhifəsindən və dolğun məlumat ala bilər.Bundan başqa bələdiyyənin elektron poçt ünvanına da istədiyiniz təklif və tövsiyyələrinizi,ərizələrinizi göndərə bilərsiniz.

Bundan başqa bələdiyyə binasında məlumat lövhəsində gündəlik məlumatlarla,xəbərlərlə tanış ola bilərsiniz.Biz bələdiyyə olaraq Sizə hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq təmin edilsin.əsas məsələ odur ki,secicilər bələdiyyədən razı qalsınlar.

Bütün bu sadaladıqlarımla yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz işlər,həllini gözləyən problemlərimiz yenə də qalmaqdadır.Vətəndaşların bələdiyyəyə ötən illərdən qalan həyətyanı satışından ödənilməmiş (vətəndaşlara məktubla müraciət edilib ki,həyətyanı torpaqların sənədləşməsi işlərini tam başa catdırılması üçün bələdiyyəyə müraciət etsinlər) qalan,pay torpağı və əmlak vergi borcları var.Bələdiyyəyə ötən illərdən daha çox borcu olan 10 nəfər vətəndaşların məsələsi bələdiyyə üzvlərinin iclasında müzakirə edilmiş, qərar qəbul edilmişdir ki, vergilərin ödənilməsi üçün həmin vətəndaşlar barəsində vergilərin ödənilməsi üçün Zaqatala Probasiya və icra şöbəsinə müraciət edilmişdir.Məcburiyyət qarşısında qalaraq biz bu addımı atmağa məcbur olmuşuq.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Zəruri olan bütün tədbirlərin görülməsinə baxmayaraq təəssüflər olsun ki,yenə də vergilər ödəməkdən yayınan vergi ödəyicilərimiz qalmaqdadır.Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə verilmiş, ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir.Məlumat üçün bildirim ki,sistem tam olaraq işlək vəziyyətdədir.Bələdiyyənin bütün gəlir və xərcləri həmin sistemdə yerləşdirilmişdir.Artıq demək olar ki,bələdiyyədə şəffaflıq təmin olunubdur.Elə bunun nəticəsidir ki,vətəndaşlardan bu günə qədər vergi ilə əlaqədar olaraq hər hansı bir şikayət bələdiyyəyə daxil olmamışdır.Bu sevindirici bir haldır.Bu sistem bizə imkan verir ki,vergiləri qısa müddət ərzində hesablama həyata keçirək ki,vergi yığımında şəffaflığı təmin edək.Bir məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm ki, vergiləriniz barədə məlumatı bələdiyyəyə müraciət etməklə bir necə saniyə ərzində tədiyyə bildirişini və şəxsi hesabınızı əldə edirsiniz.

Respublika səviyyəsində Muxax bələdiyyəsi sayılıb seçilən bələdiyyələrdən biri olduğunu nəzərinizə catdırıram.Biz gənc bələdiyyə üzvlərinin Sizinlə olan birliyimiz sizin bizə qarşı olan isti münasibətiniz,inamınız bələdiyyənin bundan sonrakı inkişafında da əsas rol oynayacağını diqqətdən qacırmamalıyıq.

Mən şübhə etmirəm ki,Sizin köməkliyinizlə Muxax bələdiyyəsi bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bələdiyyə olaraq bütün nəzərdə tutduğumuz layihələrimiz planlarımız ərazidə həyata keçiriləcəkdir. Sizə verdiyimiz bütün vədlər yerinə yetiriləcəkdir. Secicilərimizə söz verdiyimiz bir dənə də yerinə yetirilməyən vədimiz qalmayacaqdır. Bu gün Muxax bələdiyyəsinin reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla Allah imkan verərsə Sizinlə birlikdə uğurla gedəcəyik.

Elvin Yusifov

Zakatala rayonu Muxax bələdiyyəsinin sədri

ŞƏRHLƏR