"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ZAQATALA RAYONU MUXAX BəLəDiYYəSiNiN 2021-CI ILIN I-ci YARIMILLIYINDəKI FəALiYYəTi BARəDə HESABATI

--2021-07-07 / 04:44

Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə müvafiq olaraq, MUXAX bələdiyyəsinin 2021-ci ilin birinci yarısında gördüyü işlər barədə hesabatı ictimaiyyətə təqdim edilir.

Azərbaycan Respublikası Prezdenti ilham əliyevin sistemli düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasəti ölkənin davamlı inkişaf etdirmək bacarığı regiyonların inkişafına göstərdiyi diqqət ötən illərdə olduğu kimi qarşıdakı illərdədə Dövlət proqramından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini və bölgələrin tarazlı inkişafını təmin edəcəkdir.

2020-ci il sentyabrın 27-də başlayan və 44 günlük Vətən müharibəsində Qarabağ torpaqlarının ermənistan işğalçıları tərəfindən 30 illik işğalına son qoyuldu. Müzəffər Ali Baş Komandanımız ilham əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız mənfur düşməndən təmizləndi.

Bu haqq savaşında kəndimizdən də şəhidlərimiz, qazilərimiz oldu. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və qazilərimizə Prezident ilham əliyevin tapşırığına əsasən, qayğı və diqqət nəinki dövlət qurumları tərəfindən, həm də cəmiyyətin böyük bir hissəsinin vətəndaşlıq borcuna və vəzifəsinə çevrilidi. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılandı, onların dövlətimizə və Ali Baş Komandanımıza inam hisslərini, məhəbbətini gündən-günə daha da artırdı.

Muxax bələdiyyəsi olaraq, tərəfimizdən kəndimizin II Qarabağ müharibəsində iştirak edib şəhid olmuş övladlarımızın ailələrinə və yaralanan əsgərlərimizə həm maddi, həm də mənəvi dəstək göstərildi və bu gün də bu proses davam edilməkdədir.

 Muxax Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan,ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin, şəki Regional ədliyyə idarəsinin təklif və tövsiyyələrindən,bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Zaqatala rayon icra Hakimiyyətinin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.

Bələdiyyələrdə aparılan işlərin səmərəlliyi də bütövlükdə ölkədə həyata keçirilən uğurlu siyasi,iqtisadi,sosiaı siyasətin nəticələrindən asılıdır.

Bələdiyyə olaraq biz də fəaliyyətimizi əsasən quruculuq-abadlıq, səliqə-sahman işlərinə yönəldirik. Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi nümayəndəliklərin ərazisini əhatə edir. Biz birlikdə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətimizi həyata keciririk.

       6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 71 ədəd ərizə daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur.

 Müraciət edənlərin əksəriyyətinin torpaqdan başqa digər xahişi əsasən həll edilmişdir.Həyətyanı torpağn verilməsi bələdiyyəyə elektron xəritələr verildikdən sonra həyata kecirilməsi nəzərdə tutulmuşdur.

6 ay ərzində 53 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti komissiyalar,bələdiyyə qulluqcuları tərəfindən araşdırılaraq həllini tapmış və ya əlaqədar qurumlara yönəldilmişdir.

6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 65 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmış və aiddiatı üzrə vaxtında tərəfimizdən cavab verilməsi təmin edilmişdir.

         Bələdiyyədə 2021-ci ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanununa uyğun qayadada qurulmuşdur.Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir.Hamımız yaxşı bilirik ki,bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır.

     2021-ci ilin I yarımilliyində bələdiyyənin 12 iclası olub. iclasların gündəliyinə 42 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib.iclaslarda qəbul edilən qərarların icrası təmin edilmişdir.

       Maliyyə imkanlarımız əsasında 2021-cü ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini təmin etmişik.

         -Bələdiyyə ərazisində COViD-19 pandemiyasına qarşı tədbirlər görülmüş,tək kimsəsizlərə,cətin dolanan ailələrə ərzaq yardımı edilmiş,tibbi maska paylanmış, digər tibbi dizinfeksiya üçün material alınmışdır.

         -ərazidə olan şəhid ailələri,Qarabağ qaziləri daim diqqətdə saxlanılır,onlara bələdiyyə tərəfindən mütamadi olaraq yardımlar edilir.

         -Bir çox kənd ara yollarına cınqıl daşınaraq təmir işləri aparılmışdır.Yollarda lazım olan yerlərə su keçidi arxlarına borular alınaraq qoyulmuşdur.

         -əhaliyə icməli su verilişi üçün ərazidə olan subarteziyanın yanına su cənləri altlıq hissəsi tikilərək qoyulmuşdur.Hal-hazırda həmin cənlərdən vətəndaşlarımıza icməli su verilişi həyata keçirilir.

         -Bələdiyyə ərazisində olan Cernobıl əlilinə Qaz cəkilişinə,digər bir şəhid ailəsinə mal tövləsi yandığına görə bələdiyyədən yardım edilmişdir.

         -Ramazan bayramı qabağı tək-kimsəsiz ailələrə maddi yardım edilmişdir.

         -Bələdiyyə ərazisində görülmüş işlərə görə ekskavatorcuya və sürücüyə xidmət haqqı ödənilmişdir.

         -Kəndin Mərkəzi yol kənarında olan qurumuş ağacların kəsilməsi,yol zolağına manecilik törədən ağacların budaqlarının budanması işləri görülmüşdür.(həmin iş Ekologiya idrəsindən alınmış razılıq aktı əsasında həyata kecirilmişdir.)

         -Kəndin mərkəzində şəhidlər bulağının tikintisi üçün lazım olan mal-material alınmış hal-hazırda bulağın tikintisinə başlanılmışdır.

         -Zaqatala Hava Limanının aşağı hissəsində daimi istifadədə olan yolun su kecidi hissəsinə böyük həcmli beton boru qoyulması təmin edilmişdir.

        

Büdcəyə aşağıdakı  mənbələrdən pul vəsaiti daxil olmuşdur

         01.01.2021-ci il tarixə     8200 manat xərclənməmiş vəsaitimiz qalmışdır

-         Torpaq satışından –                          32390 manat

-         Torpaq vergisi  -                                  6045 manat

-         əmlak vergisi –                                  2135 manat

-         Torpaq  icarə haqqı -                           4499 manat

-         Fındıq satışından-                                184 manat

-         Maliyyə sanksiyası                                  95 manat

-         Sənədləşmə üçün                                 2050 manat

         Gəlirimizin cəmi:                                  55598 manat olmuşdur

 

Bələdiyyənin 2021-ci ilin 6 ayı ərzində xərcləri aşağıdakı kimidir.

-         işçilərə əmək haqqi ödənilmişdir                                - 15040 manat

-         DSMF ödəmələr                                                          – 4167 manat

-         icbari tibbi sığorta                                                         -333 manat

-         həmkarlar                                                                         -333 manat

-         işsizlik sığortası                                                              -166 manat

-         Dəftərxana ləvəzimati alınmasına                                – 320 manat  

-         Silahlı qüvvələrə                                                            -360 manat

-         Maddi yardım tək kimsəsizlər yas yerlərinə                  -1810 manat

-         Abunə uçun                                                                     – 410 manat

-         Rabitə xidmətinə                                                              – 345 manat

-         icməli su cəni altlıq hissəsi alınmasına                           -1286 manat

-         şəhid bulağı ücün material alınıb                                     -2116 manat

-         Mədəni kütləvi tədbirlərə idmana                                   -1059 manat

-         DəDRX-nə sənədləşmə üçün                                        -2800 manat                

-         Bank xidmətinə                                                               – 582 manat

-         Elektirik  enerjisi sərfiyyatına                                        – 103 manat

-   Azərpoçt MMC-yə ödənilib müqaviləyə əsasən     -1384 manat                                                                 -       Həyətyanı pulu geri qaytarılmışdır.                                     8709 manat

-         Kənd Bələdiyyələrinin Milli Assosiasiyasina                     – 180 manat

-         Digər gəlir                                                                           -300 manat

-         Yer quruluşu kadastr xərcləri                                           -1979 manat

-         Yanacaq alınıb                                                                  -200 manat

         Ümumi xərclərimiz     -52269 manat olmuşdur.                          

Hesabımızda 01/07/2021-ci il tarixə 3328 manat xərclənməmiş vəsaitimiz var.

          Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir.Gənc Bələdiyyə üzvülərimiz seçicilərin qarşısındakı məsuliyyətlərini daha dərindən dərk edir,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışırlar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Muxax Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook) internet səhifəsindən və dolğun məlumat ala bilər.Bundan başqa bələdiyyənin elektron poçt ünvanı da var ki,daimə fəaliyyət göstərir.Bələdiyyə olaraq biz bələdiyyə xəbərləri (bələdiyyə info) saytından da lazım olan bələdiyyələrə aid olan informasiyanı qanunvericiliyə aid olan digər məlumatları ala bilirik.

Bundan başqa bələdiyyə binasında məlumat lövhəsində gündəlik məlumatlarla,xəbərlərlə tanış ola bilərsiniz.Biz gənc bələdiyyə üzvləri olaraq hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq təmin edilməsinə calışırıq.

       Bütün bu sadaladıqlarımla yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz işlər,həllini gözləyən problemlərimiz qalmaqdadır.Vətəndaşların bələdiyyəyə ötən illərdən qalan həyətyanı satışından olan,pay torpağından olan və əmlak vergi borcları var.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Ona görə də biz calışırıq ki, əhali ilə aramızda narazılıq yaratmadan müvafiq qaydada vergi toplanmasına nail olaq.şükürlər olsun ki bu işləri də səhmanla yoluna qoya bilirik.Maliyyə hesabatından da bunu görmək mümkündür.Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və Ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə verilməsindən sonra bələdiyyə ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir.Bu sistem bizə imkan verdi ki,vergiləri qısa müddət ərzində hesablanmasını həyata keçirək.Bir məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm ki, vergiləriniz barədə məlumatı bələdiyyəyə müraciət etməklə həmin gün tədiyyə bildirişini əldə etməklə və yaxud da bələdiyyə vergi xidmətinə müraciət etmədən belə borclarınızı “Azərpoçt” MMC-nin poçt şöbəsindəki bələdiyyəmizin hesabına rahatlıqla ödəyə bilərsiniz.

       Muxax Bələdiyyəsi bundan sonra da vətəndaşları yerli özünüidarə prosesinə cəlb etməkdə, qarşıya çıxan problem və nöqsanları aradan qaldırmaq üçün potensialını səfərbər edəcək, yerli problemlərin həllində öhdəsinə düşən vəzifələri siz secicilərimizlə birlikdə layiqincə yerinə yetirəcəkdir

       Bələdiyyəmiz bundan sonra da nəyinki rayon səviyyəsində, Respublika səviyyəsində sayılıb seçilən bələdiyyələrdən biri olacaqdır.

       Mən şübhə etmirəm ki, Muxax bələdiyyəsi bundan sonrakı dövrdə də uğurla inkişaf edəcək. Bizim bütün nəzərdə tutduğumuz planlarımız həyata keçiriləcəkdir. Verdiyimiz bütün vədlər yerinə yetiriləcəkdir. Secicilərimizə söz verdiyimiz bir dənə də yerinə yetirilməyən vədimiz olmayacaqdır. Bu gün Muxax bələdiyyəsinin reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla Allah imkan verərsə uğurla gedəcəyik. Sağ olun.

 

Elvin Yusubov

Zakatala rayonu Muxax bələdiyyəsinin sədri                

ŞƏRHLƏR