"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zaqatala Rayonu MUXAX Bələdiyyəsinin 2022-ci ilin yekunlarına dair H E S A B A T I

--2023-01-17 / 13:10

Zaqatala Rayonu MUXAX Bələdiyyəsinin 2022-ci ilin yekunlarına dair

H E S A B A T I

Ölkəmizdə yаrаdılаn ictimаi-siyаsi sаbitlik, dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsi üçün Prеzidеntimizin imzаlаdığı sənədlər, bələdiyyələrin inkişÐ°fınа göstərdiyi qаyğı və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırır. Bələdiyyələr gündən-günə inkişÐ°f еdir, möhkəmlənir, yеrli məsələlərin həllində dаhа inаmlа iştirаk еdir, əhаlinin bu prоsеslərə cəlb еdilməsində fəаllıq göstərir.Prеzidеntimizin qаrşıyа qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə qurumu оlаrаq Muxax bələdiyyəsi də оnlаrın həlli istiqаmətində fəаllıq göstərməyə çаlışÐ°rаq Zaqatala RiHB-nın Muxax və Zəyəm kəndləri üzrə nümayəndəlikləri ilə birlikdə müxtəlif layihələri həyata keçirməyə nail olur.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq, Muxax Bələdiyyəsinın 2022-ci il ərzindəki fəaliyyəti barədə hesabatı ictimaiyyətə çatdırır.

2022-ci il ərzndə bələdiyyə 25 iclas keçirib. iclasın gündəliyinə 111 məsələ salınıb, məsələlərlə bağlı müvafiq qərarlar verilib. iclaslarda müzakirə olunmuş məsələlərdən 35 -i icarəyə və mülkiyyətə torpaq sahələri ayrılması ilə,7 məsələ ərazidə aparılan tikinti-abadlıq işlərinə,11-şəhid ailələrinə,qarabağ əlilərinə,yardım və bir sıra başqa tədbirlərin keçirilməsinə maliyyə vəsaitinin ayrılması ilə, 45-i maddi yardımlarla, 13-u təşkilati və digər məsələlərlə bağlı olub.

 

Vətəndaşların qəbulu və müraciətlər

Hesabat dövründə bələdiyyəyə 48 ədəd ərizə daxil olub. Bunlardan 31-i maddi yardımla, 3-ü sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün və 14-i fərdi yaşayış evi tikintisi üçün torpaq sahələri ayrılması ilə əlaqədar

Maddi yardımla bağlı müraciət edənlərdən 31 nəfərə pul yardımları edilib. Fərdi yaşayış evi tikintisi üçün zəbt edilmiş torpaq sahələrinin mülkiyyətə verilməsi barədə bələdiyyə 18 nəfər üçün qərar verib. Onlardan ikisi şəhid ailəsidir.

 Digər müraciətlərə də qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar verilib.

Hesabat dövründə ağac kəsimi və budanması ilə bağlı 4 ərizə daxil olub. Müraciətlərin icrası ilə əlaqədar 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə müraciət edilib və qanuvericiliyə əsasən də tədbir görülüb

2022-ci il ərzində bələdiyyələ rəsmi orqanlardan 116 ədəd sənəd və məktub daxil olub. Onlardan 25-i şəki Regional ədliyyə idarəsindən, 14-si yerli icra Hakimiyyətindən , 77-i müxtəlif idarə və təşkilatlardan göndərilib. Məktublara qanunvericiliyin tələb etdiyi müddətdə cavablar verilib.Azərbaycan Respublikası ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən, şəki Regional ədliyyə idarəsindən, göndərilmiş tövsiyə, təlimat, məlumat xarakterli sənədlər, qanun və qaydalara uyğun olaraq istifadə edilməsi üçün komissiyalara və mütəxəssislərə verilib.

 2022-ci ilin bələdiyyə büdcəsinin

Gəlirləri

 2022-ci il ərzində bələdiyyənin gəlirləri 119828.45 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb.

01 yanvar 2022-ci il tarixə qalıq-                                  3861.76 manat

fiziki şəxslərdən torpaq vergisi                                       22781.53 manat;

fiziki şəxslərdən əmlak vergisi                                         8143.66 manat;

torpaq satışından                                                            41672.00 manat

bələdiyyə əmlakının satışından daxil olan gəlirlər           10355.20 manat

icarəyə verilmiş torpaq sahələrindən alınan icarə haqqı 23279.44 manat;

torpağın sənədləşməsi,digər gəlirlər                                6534.86 manat

dotasiya                                                                             3200.00 manat

 

2022-ci il üçün bələdiyyənin

Xərcləri

 

Hesabat dövründə bələdiyyənin xərcləri 117022.77 manat olub. Xərclərin istiqamətləri aşağıdakı kimidir.

əmək haqqı və onunla bağlı sair ödəmələrə 38841.26 manat;

əmək haqqına üstəlik (DSMF, işsizlik sığortası, icbari sığortalar) 12504.45 manat;

dəftərxana ləvazimatı, cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 5566.18 manat;

nəqliyyat xidmətləri və görülən işlərə işcilərə xidmət haqqına 8698.42 manat;

rabitə xidmətləri haqqının ödənilməsinə (onlayın xidmət haqqı) 3976.12 manat;

elektrik enerjisi haqqının ödənilməsinə 658.72 manat;

Mədəni kütləvi tədbirlər,məktəblərə və uşaq bağcasına yeni il hədiyyələri və s. 5360.00 manat;

əsas vəsaitlərin alınmasına, yollara,ərazidə abadlıq işlərinə 19082.80 manat;

maddi yardımlara tək kimsəsizlərə, Silahlı qüvvələrə, şəhid ailələrinə 7109.00 manat;

bank xidmətlərinə 864.81 manat;

mətbuata abunə xərclrinə 898.00 manat;

sair xərclərə ( Bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, reyestr idarəsinə, arxiv idarəsinə,hərrac və müsabiqə üçün, ərazi tikinti planlaşdırma mərkəzinə, maaş kartlarının alınmasına, torpaq sahəsinə baxışa, ekspert xərclərinə) 13463.01 manat vəsait xərclənib.

01.01.2023-cü il tarixə 2805.68 manat xərclənməmiş vəsaitimiz qalıb.

Bu gün sevinərək deyə bilərik ki,bələdiyyəizin nə əmək haqqına nə də ki,hər hansı bir təşkilata hec bir manat borcumuz yoxdur.

Bir daha Hər bir vergi ödəyiçilərimizdən xahiş edirik ki, imkanları daxilində heç olmasa ildə bir dəfə Muxax bələdiyyəsinə gələrək vergilərin hesablanması ödənilməsi barədə öz şəxsi hesabları ilə tanış olsunlar və vergi borclarını vaxtında ödəsinlər ki,sistemdə onlara əlavə faiz hesablanması dayandırılsın.Məlumat üçün hər birinizə bildiririk ki, vergilər müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi məcəlləsinin 59.1 maddəsinə əsasən ödənmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0.1 % məbləğində faiz tutulacaq və maliyyə sanksiyası tədbiq ediləcəkdir.

Nəzərinizə bir məsələni də catdırmaq istəyirik ki,adətən vətəndaşlar şəxsi  mülkiyyətində olan torpaq sahələrini başqasina satdıqda,mülkiyyətçi vəfat etdikdə və ya bagışladıqda yeni sənəd əldə edən torpaq sahibləri qeydiyyata düşmürlər, halbu ki,  vergilər  məcəlləsinə görə mulkiyyət sahibi  olan fiziki şəxslər bir  ay  müddətində bələdiyyənin yerli idarəetmə  orqaninda özləri şəxsən müraciət edərək uçota durmalı və alqı satqı apardığı vətəndaşın əvvəlki illərdən bələdiyyə büdcəsinə vergi borcları olub olmaması ilə maraqanmalıdırlar.Nəzərə alın ki,bu olduqca vacib olan bir məsələdir. Dövlətimizin tələblərinə uyğun olaraq bələdiyyənin sosial şəbəkələrdə feysbuk səhifəsi və elektron poçtumuz yaradılmış və həmişə işlək vəziyyətdədir.Hər bir vətəndaş elektron qayda da   istədiyi məlumatı bələdiyyədən ala və ya məktub şəklində müraciət edə suallarını bələdiyyəyə elektron qaydada ünvanlaya və tez bir zaman ərəfəsində cavab ala bilərlər.

        Vətəndaşların ödənişlərə olan münasibətləri dəyişmişdir, biz qismən də olsa vergi ödənişlərində müəyyən qədər artıma nail ola  bilmişik.Bunun sayəsində də biz kəndimizdə müəyyən qədər işlər görə bilmişik. 

 Bələdiyyə ərazisində Görülmüş işlər

Bələdiyyə tərəfindən 2022-ci ildə aşağıda qeyd etdiyim işlərin  görülməsi təmin edilmişdir.  

-şəhid ailələrinə Qarabağ müharibəsi veteranlarına daim qayğı göstərilir.Hər bir şəhid   ailəsinə yardım edilmiş və ehtiyacı olan şəhid ailəsinə qış odun yanacağı ilə təmin edilmişdir.

-Yeni il hədiyyələri alınaraq məktəblərədə oxuyan hazırlıq və ibtidai sinif şagirdlərinə və bağcaya təhvil verilib.

 -Zəyəm kənd Qəbirstanlıq yolunda cınqıl daşınaraq yol kecidinə müxtəlif ölcülü borular qoyularaq təmir işləri aparılmışdır.

  -Zaqatala-Qax şosse yolunda təmizlənmə işləri aparılmışdır,yol kənarında olan kol-kosun vətəndaşlar tərəfindən atılan zibilin təmizlənməsi təmin edilmişdir.

 -Vətəndaşların müraciəti əsasında kəndin müxtəlif ara yollarına cınqıl daşınaraq təmir edilmiş,lazım olan yerlərdə su kecidi arxlara müxtəlif ölçülü plastik, azbes və dəmir borular alınaraq qoyulmuş daşınan cınqıl qrederlə hamarlanmışdır.

 -il ərzində ərazidə müxtəlif kənd ara yollarında qrederlə hamarlanma işləri aparılmışdır bu işlər daim nəzarətdədir.

 -Zibil poliqonunda mütamadi olaraq ekskavatorla ətrafının təmizlənməsi işləri aparılır.

- Kəndin mərkəzində olan ərazidə icməli su üçün subarteziyan quyusu ətrafında cənin qoyulması təmir işləri aparılmışdır,vətəndaşlara həmin işdə göstərdikləri maddi köməkliyə görə bələdiyyəmiz adından təşəkkür edirik.

 -Zəyəmdə bərbad vəziyyətdə olan ara yollara cınqıl töküməklə yollarda təmir işləri aparılıb.

   -Məscid yoluna xırda şebel tökülərək qrederlə hamarlama işləri görülüb.

 -Vətəndaşların müraciətləri əsasında yol kecidi arxlarına qoyulması üçün azbes borular alınaraq su kecidi arxlarına qoyulması təmin edilmişdir.bu işlər bundan sonra da davam etdiriləcəkdir.

-Kənddə daim səllimçiliyə qarşı mübarizə aparılmış,bu məqsədlə bir sıra tədbirlər həyata keçirilir bu iş mütəmadi olaraq davam etdirilməkdədir.

  -Kəndimzdə icməli su problemlərini də bələdiyyə olaraq biz özümüz diqqətlə saxlamaqla mütamadi olaraq təmir işləri aparırıq ki,vətəndaşlarımız bu sahədə sətinliklə üzləşməsinlər.

-Suvarma suyunun yaz yay aylarında çaylaxlarda müntəzəm olmasını təmin edilmiş bu sahə həmişə diqqət mərkəzində saxlanılmışdır.

 -Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi də diqqət mərkəzində olmuş vətəndaşlar bələdiyyə mülkiyyəti torpaq sahələrində fındıq və tut tingləri əkilməsini təmin etmişdirlər.Bu işlər hər il davam etdirilir.

- Mütamadi olaraq il ərzində əlillərə xəstələrə,yas yerlərinə,tək kimsəsizlərə və maddi yardımlar edilmişdir.

 -Dövlət əhəmiyyətli bayram tədbirlərində bələdiyyəmiz yüksək səviyyədə iştirak etməklə tədbirlərin kecirilməsi təmin edilmişdir.

  -Muxax kəndinin əsas yolu olan Azərbaycan prospekti mütamadi olaraq zibildən təmizlənir,yol kənarı arxların təmizlənməsi diqqətdə saxlanılır.

 -Sonda isə bildirmək istəyirəm ki,Azərbaycan prospektində işıqlandırma işləri davam etdirilir,bu işlər Yuxarı Cardaxlar kəndi ilə Muxax kəndini birləşdirən körpüyə catana qədər davam etdiriləcəkdir.Hal-hazırda yolun 2 km məsafəsinin işıqlandırılmasının başa catdırılması istiqamətində işlər davam etdirilir.Lazım olan bütün mal-material alınmışdır.

 Maddi yardımlar

Hesabat dövründə vətəndaşlara maddi yardımların verilməsi bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən biri olub. Yardımlar müxtəlif formada həyata keçirilib.  

Bələdiyyə üzvləri iclasının qərarları ilə hesabat ili ərzində şəhid ailələrinə 900 manat yardəm poçt vasitəsi ilə ödənilib,çəhid ailələrinə 1030 manat odun yanacağı alınmasına və gətirilməsinə Zaqatala Regional Meşə təsərrüfatı idarəsinə köcürülüb,Qarabağ veteranları da diqqətimizdən kənarda qalmayıb 500 manat yardım edilib poçt vasitəsi ilə onlara ödənilib.imkansız və kimsəsiz şəxslərə Ramazan və Qurban bayramı qabağı 840 manat poct vasitəsi ilə ödənilib.Bundan başqa bələdiyyəyə müraciət edən ərazidə yaşayan vətəndaşlarımız xəstələr və daha çox yardıma ehtiyacı olan vətəndaşlarımız da bələdiyyənin diqqət mərkəzində olub.Bələdiyyə büdcəsindən həmin vətəndaşlara 4030 manat bələdiyyə büdcəsindən maddi yardım göstərilib və həmin yardımı poçt vasitəsi ilə vətəndaşlarımız alıblar.

 Mülki dövriyyəyə cəlb olunan torpaq sahələri

2022-ci il ərzində bələdiyyə tərəfindən fərdi yaşayış evinin tikintisi üçün zəbt edilmiş ərazilərdən 20 nəfərin mülkiyyətinə 10870 kv.metr torpaq sahəsi verilib. O cümlədən, 2 nəfər şəhid ailəsinə 1900 kv.metr həyətyanı torpaq sahəsi ayrılıb.Həmin torpaq sahələrinin sənədləşməsi işləri tam olaraq başa catdırılıb.

Sahibkarlıq fəaliyyəti üçün 70 kv.metr və 100 kv.metr torpaq sahələri mülkiyyətə verilib. icarə müddəti bitmiş 4.62 ha və 6.43 ha torpaq sahələri hərraca çıxarılaraq icarəyə verilib.Bundan başqa şəhid ailəsinə 1.08 ha torpaq sahəsi hərraca müsabiqəyə cıxarılaraq icarəyə verilib. 2 şəhid ailəsinə icarə üçün 1.60 ha torpaq sahəsi göstərilib 5 nəfər Qarabağ qazisi müharibə iştirakcıllarına 1.66 ha torpaq sahələri ayrılaraq icarəyə verilməsi üçün yerləri müəyyən edilərək göstərilib ,sənədləşmə proseduruna başlanılması nəzərdədir.

 Tədbirlər

Hesabat dövründə bələdiyyə tərəfindən müxtəlif tədbirlər həyata keçirilib. KiV nümayəndələri ilə,7 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin,Zaqatala Dövlət Aqrar Mərkəzinin, QHT təmsilçiləri ilə bələdiyyədə görüşlər keçirilib. Dövlət əhəmiyyətli milli bayramlarımızda bələdiyyə üzv və qulluqçuları fəal iştirak ediblər.Bundan başqa Muxax kənd Mədəniyyət evində şəhid ailələri ilə birlikdə kecirilən tədbirdə, Muxax kənd kitabxanasında kecirilən “şuşa ili” tədbirində bələdiyyəmiz yaxından iştirak edib.

 Bildiyiniz kimi Muxax bələdiyyəsi sosial şəbəkələrdə Azərbaycan Respublikasında bəlkədə ən aktif fəaliyyət göstərən bələdiyyələrdən biridir.”Bələdiyyə info” Bələdiyyə xəbərlərində də aktiv fəaliyyət göstərir.Siz sakinlərimizidə bələdiyyəmiz barəsində sosial şəbəkələrdə verilən məlumatları paylaşmağı və rəylərinizi bildirməyinizi xahiş edirik.

ədliyyə Nazirliyi şəki Regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən bir necə dəfə onlayın seminar-müşavirələr keçirilib.Muxax bələdiyyəsi onlayın seminarlarda iştirak etməklə yanaşı bələdiyyəmizi maraqlandıran suallar vermiş və qanunvericiliyə müvafiq olaraq da verdiyimiz suallar qanunvericiliyə müvafiq olaraq cavablandırılmışdır.

Muxax Bələdiyyəsinın sədri 23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikası Kənd Bələdiyyələri Milli Assosisasiyasının Ağdaş şəhərində kecirilən yığıncağına dəvət olunaraq iştirak edib.

Sonda fürsətdən istifadə edərək    bütün Muxax bələdiyyəsi ərazisində yaşayan sakinlərimizə müraciət edirəm ki,  torpaq və əmlak vergilərini, torpaq  icarə haqlarını vaxtında ödəyin.Biz bir ildəki 2022-ci ildəki fəaliyyətimiz haqda sizə hesabat verdik.

Necə  fəaliyyət göstərmişik bunun qiyməti  isə sizlərdən aslıdır, hörmətli seçicilər

Bizə verəcəyiniz qiymətə  görə qabaqcadan sizə təşəkkür edirik.

 Muxax bələdiyyəsinin sədri

Elvin Vidadi oğlu Yusubov

 

 

 

 

ŞƏRHLƏR