"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zaqatala rayonu Muxax bələdiyyəsinin sədri Elvin Yusubov vergi ödəyicilərinə müraciət edib

--2020-09-04 / 17:01

Hörmətli vergi ödəyicilərimiz dəyərli sakinlərimiz bildiyiniz kimi Muxax bələdiyyəsi son illərdə ərazidə müəyyən qədər işləri Sizin şəxsi müraciətlərinizi nəzərə almaqla görmüşdür.Bütün görüləcək işlər bələdiyyə üzvlərinin iclasında müzakirə edilərək müvafiq qərarlar qəbul edilir.Mənim Sizə müraciət etməkdə məqsədim odur ki, Vergilərinizi vaxtında ödəyin ki,bələdiyyə də ərazidə olan problemləri vaxtında həll edə bilsin.Siz yaxşı bilirsiz ki,Maliyyə imkanları olmayan bələdiyyə heç bir iş görə bilməz.Son illərdə vergilərin toplanması üçün yaradılan Yerli (Bələdiyyə) Vergi ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin bələdiyyəmiz üçün çöx böyük xeyri olmuşdur. ərazidə aparılan marifləndiriçi elanların, bildirişlərin də bələdiyyəmizə köməkliyi ondan ibarət olmuşdur ki,artıq vergi ödəyiçilərimizin 60-70 faizi bələdiyyəyə gəlmədən tədiyyə bildirişi əldə etmədən hesablanmış vergilərini Azərpoçt MMC-nin Muxax poçt şöbəsində olan bələdiyyənin hesablaşma hesabına ödəyirlər.   

Bildiyiniz kimi, 2020-ci ilin əmlak və torpaq vergilərinin hesablanması artıq başa catmışdır.

Bələdiyyə üzvləri qulluqcularının ərazidə mütamadi olaraq vergi ödəyiciləri ilə apardıqları vərdi söhbətlər,təlimatlandırma işləri öz bəhrəsini verməkdədir.

Sizə məlumat verərək bildirirəm ki,"Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliyə əsasən, 2015-ci ilin 1 yanvar tarixindən etibarən yerli vergi və ödənişlərin banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmələr vasitələri ilə həyata keçirilir. Qanun qüvvəyə mindikdən sonra bələdiyyəmiz tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması həyata kecirilmir,tamam dayandırılmışdır. Bələdiyyəmizdə 2018-ci,2019-cu illərdə vergi ödənişlərində artım müşahidə edilmişdir.Sizin sayənizdə inanıram ki,2020-ci ildə də göstəricilərimiz daha yaxşı olacaqdır.Bu göstəricilərin əldə edilməsi Siz vergi ödəyicilərinin və həm də etibar etdiyiniz Muxax bələdiyyəsinin uğuru kimi qiymətləndirilməlidir.

Vergi ödəyiçilərimiz artıq başa düşürlər ki, torpaq və əmlak vergilərini vaxtında bələdiyyə büdcəsinə ödəməlidirlər. Vətəndaşlardan xahişimiz ondan ibarətdir ki, əvvəlki illərdən olan vergi borclarını 2020-ci il üçün də hesablanmış vergilərini vaxtında bələdiyyə büdcəsinə ödəsinlər ki,   Muxax bələdiyyəsi də ərazidə daxil olan vəsait hesabına Sizlərin bələdiyyə qarşısında qaldırdıqları problemləri həll edə müəyyən qədər iş görə bilsin.

Muxax bələdiyyəsi ərazisində yaşayan vergi ödəyiçilərimizdən xahişimiz ondan ibarətdir ki, vergilər ilə əlaqəli sizləri maraqlandıran məsələlər barəsində arayış üçün Muxax bələdiyyəsinin vergi xidməti şöbəsinin rəhbəri Salam əliyevə müraciət etməklə qanunvericiliyə müvafiq cavabı ala biləcəksiniz.

ŞƏRHLƏR