"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zəfərə aparan yol-BəLəDiYYə SəDRi YAZIR

--2021-03-08 / 06:54

Ulu öndər Heydər əliyevin layiqli davamçısı olan ilham əliyev uzaqgörən siyasəti və zamanında verilən qərarları ilə Azərbaycan Dövlətinə yeni həyat, yeni nəfəs gətirmişdir. Prezident ilham əliyev yeni əsrin yeni lideri olaraq hakimiyyətidövründə Azərbaycanın dinamik inkişafı, sürətli modernləşməsi, dünyada öz sözünü deməyi və həmin sözün sahibinə çevrilməsi ilə səciyyəvidir. Bu zəngin və möhtəşəm fəaliyyət Azərbaycan tarixinin ən yeni səhifələrikimi yaddaşlara yazılıb. ən yeni səhifələrdən biri də xalqımızın şanlı qələbəsi olan ikinci Qarabağ müharibəsidir.

ikinci Qarabağ müharibəsi Azərbaycanın böyük hərbi, siyasi və diplomatik qələbəsi, Ermənistanın isə uzun müddət özünə gələ bilməyəcək sarsıdıcı məğlubiyyəti ilə başa çatmışdır. Müharibənin qazanılmasına kömək edənəsas amillərdən biri də müharibə ərəfəsində və müharibə dövründə Ali Baş Komandan ilham əliyevin yeritdiyi xarici siyasət xətti idi. Prezident ilham əliyev Azərbaycanın haqq sözünün dünyaya çatdırılması istiqamətində nüfuzlu mətbuat orqanlarına, televiziyalarına müsahibələrində daim ədalətli mövqe tutmuş və faktlarla sübut etmişdir. Bir il öncə “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən Ali Baş Komandanın taktiki strategiyası nəticəsində hazırda “Qarabağ Azərbaycandır! ” gerçək və real bir həqiqətdir. Vətən müharibəsi başlayan gündən dünya KiV və TV-lərinə müxtəlif dillərdə, hər dəfə yeni fikirlərlə müsahibələr verərək Azərbaycanın haqq yolunda olduğunu və bu yoldan dönməyəcəyini dönə-dönə vurğulamışdır.

Prezident ilham əliyev deyir: “Bu, ədalət məsələsidir, bu milli qürur məsələsidir və bu beynəlxalq hüquq məsələsidir....Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır”.

44 günlük şanlı zəfər tariximiz Azərbaycan xalqının birliyinin, müzəffər ordumuzun və Ali Baş Komandanımızın düzgün siyasətinin nəticəsi idi. Hal-hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur.

Müharibə dövründə Azərbaycan prezidentinin apardığı uğurlu xarici siyasət sayəsində dünyanın bir çox dövlətləri Azərbaycanın ərazi bütövlüyünü və haqlı mübarizəsini dəstəkləmişlər. Ermənistan müharibə zonasından uzaqda olan şəhərlərimizi və dinc əhalini atəşə tutmaqla Azərbaycanı səhv addımlar atmağa təhrik etməyə çalışsa da, onların bu niyyətləri boşa çıxmışdır. Ali Baş Komandanın onlara cavabı belə olmuşdur: “ Biz onların bu təxribatlarına getməyəcəyik. Biz onlar kimi dinc əhali ilə döyüşmürük. Onların cavabını döyüş meydanında ərcəsinə ordularını və hərbi texnikalarını məhv etməklə verəcəyik”.

44 günlük şanlı vətən savaşımızda Azərbaycan xalqı bir yumruq kimi Ali Baş Komandanımızın ətrafında birləşdi. Həmin ərəfədə xalqın tək güvən yeri və istinad mərkəzi prezidentimiz idi. Bu “dəmir yumruq” var olduqca Azərbaycan xalqı hər zaman bütün düşmənlərinə qalib gələcək!

 Anar Hüseynli

Xəzər rayonu Zirə bələdiyyə sədri 

ŞƏRHLƏR