"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zərdab bələdiyyələri maarifləndirilib

--2017-12-11 / 07:39

Göyçay regional ədliyyə idarəsi idarənin ərazi yurisdiksiyasına aid olan Zərdab rayonunun 27  bələdiyyəsinin 54 üzv və qulluqçularının iştirakı ilə 05.12.2017-ci il tarixdə Zərdab rayonunda bələdiyyələrin maarifləndirilməsi məqsədilə seminar -müşavirə keçirilib. Bu barədə məlumatı adıçəkilən idarədən daxil olub.

Seminarda “Bələdiyyə üzvləri vəqulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması”, “Bələdiyyə aktlarının qəbulu və icrası”, “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət”, “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri”, “Nağdsız hesablaşmalar və onların məqsədi”, “Bələdiyyə torpaqlarının idarə edilməsinin  əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” mövzuları üzrə çıxışlar edilərək qanunvericiliyin tələbləri izah edilib.

Seminarın sonunda iştirakçıları maraqlandıran  suallar cavablandırılıb.

Belediyye.info

 

 

        

 

 

 

 

 

ŞƏRHLƏR