Bəzi saytlarda Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin əməkdaşlarının Zərdab Rayon icra Hakimiyyətində əməliyyat keçirməsi ilə bağlı məlumat yayılıb.
Bildirilib ki, icra hakimiyyəti əməkdaşları rüşvət aldıqları üçün saxlanılıb.
Zərdab Rayon icra Hakimiyyəti yayılan məlumatlara münasibət bildirib.
“icra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid əhmədov, icra Hakimiyyəti Başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə keçmiş nümayəndəsi Rahim Xəlilov, həmin kəndin hazırkı Bələdiyyə sədri Sahib Xəlilov saxlanılıb.
Onların nəyə görə saxlanılması barədə bizdə məlumat yoxdur. icra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Sahid əhmədov dindirildikdən sonra sərbəst buraxılıb”.
Qeyd edək ki, Zərdab Rayon icra Hakimiyyətinin başçısı Mərdan Camalovdur.
ilhamə əbülfət