"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zərdabi bələdiyyəsi daha bir sosial aksiyaya imza atıb

--2017-06-20 / 16:16

Quba rayonu Zərdabi bələdiyyəsinin sədri Vüqar şirinovun Belediyye.infoya verdiyi məlumata görə, müqəddəs Ramazan günlərində qəsəbə bələdiyyəsinin təşəbbüsü ilə qəsəbə  qəbrstanlığında iməcilik keçirilib.

iməcilikdə 50-yə yaxın qəsəbə sakini iştirak edib. Qəsəbə ziyalıları, ağsaqqalları, həkim, müəllim və gənclərin iştirakıyla  keçirilən iməcilikdə beş  hektara yaxın qəbrstanlıq ərazisi  ot və kol-kosdan  təmizlənib.  Ağaclar ağardılıb. ərazidə ümumi abadlıq işləri görülüb.

Sədrin sözlərinə görə, qəsəbədə bu bir ənənəyə çevrilib. Belə ki, hər il  yaz-yay aylarında qəbrstanlıqda iməcilik  keçirilir.

Bununla yanaşı  qəsəbənin inzibati ərazisində yerləşən "Dərə" deyilən ərazidə keçmiş sovet dönəmində salınan  xristian qəbrstanlığı da  kol-kosdan təmizlənərək  abadlaşdırılıb.

V.şirinov bu iməcilikdə qəsəbə mədəniyyət evinin direktoru Çingiz Məmmədovun xüsusi rolu olduğunu bildirib.

Belediyye.info

ŞƏRHLƏR