sorğu
Ziğ bələdiyyəsi qəsəbə ərazisində ciddi şəkildə abadlıq işlərinə start verib. Bu barədə məlumat verən sədr Kənan Nəsrullayev Belediyye.infoya bildirib ki, bələdiyyə artıq abadlıq işlərinə başlayıb. Bununla bağlı əsas diqqət qəsəbənin təmizliyini diqqətdə saxlamaqdır. Qəsəbənin mərkəzi küçəsi olan Həzi Aslanov küçəsində yaşıllıq ilərinə başlamaq üçün hazırlıq həyata keçirilir. ərazi zibil tullantılarından təmizlənir.
Sədrin sözlərinə görə, digər əsas işimiz əhali arsında maarifləndirmə işlərini həyata keçirməkdir.
Bir tərəfdən ciddi şəklidə vergilərin vaxtında ödənməsi bildirilirsə, digər tərəfdən sakinlərin qəsəbənin təmizliyinə diqqət yetirmələri tələb olunur.
Belediyye.info
|
|
|
|