"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zığ bələdiyyəsi yaşayış massivlərindən niyə vergini yığa bilmir?

--2015-11-27 / 13:46

Suraxanı rayonu Zığ bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə,  qəsəbənin “Qum adası” yaşaylış massivinin sakinləri bələdiyyəyə müraciət edərək mənzillərinin sənədləşdirliməsinə yardımçı olmalarnı xahiş ediblər.

Bələdiyyə sədri Kənan Nəsrullayevin sayta açıqlamasında qeyd edilir ki, bələdiyyə ərazisində “Dədə Qorqud”, “Qum adası”, “Bahar” və “Zığ bağları ” yaşayış massivlərində bu günədək məskunlaşan əhalinin 90 % -nin mənzilinin hüquqi sənədi yoxdur.

Odur ki, bələdiyyə bu mənzillərdən hər hansı vergini toplamaq iqtidarinda deyidlir: “Bakı  şəhər Xalq Deputatları Sovetinin və Bakı şəhər icra Hakimiyyətinin müxtəlif illərdə verdikləri sərəncamlarla məskunlaşan əhalinin mənzil və torpaq sahələrnin sənədləşdirliməsi həm sakinlərə, həm bələdiyyəmizə ciddi köməyi olar.

Qeyd edim ki, bu yaşayış massivləri hər hansı kommunikasiya xəttinin üstündə olmadığından onların sənədləşdirilməsi mümklündür.”

Sədr məsələylə bağlı aidiyyəti orqanlara müraciət edildiyini bildirdi.

Belediyye.info

  

 

ŞƏRHLƏR