sorğu
Zığ bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, bələdiyyə sədri Vüsalə Mirzəyevə sədr vəzifəsindən istefa verib. Bələdiyyə iclasında təşkilatı məsələyə baxılaraq sədrin istefası qəbul edilib və səs çoxluğu ilə Kənan Nəsrullayev yeni sədr seçilib.
iclasda Kənan Nəsrullayev fəaliyyət proqramını açıqlayaraq ilkin olaraq görüləcək işlər barəsində bələdiyyə üzvlərinə məlumat verib.
Qeyd edək ki, on üç üzvü olan Zığ bələdiyyəsi Suraxanı rayonunda formalaşdırılan altı bələdiyyədən biridir.
Belediyye.info