"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zığ bələdiyyəsinin sədri cərimə edilib

--2019-06-21 / 10:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində tullantıların qalaqlandığı və düzgün idarə olunmadığı aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən AZəRTAC-a bildiriblər ki, faktla bağlı əraziyə cavabdeh Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan Nəsrullayev barəsində protokol tərtib edilib və ona inzibati qaydada 2500 manat məbləğində cərimə tətbiq olunub.

Tullantıların qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə düzgün idarə olunması tələbi ilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

https://azertag.az/xeber/Suraxanida_tullantilarin_duzgun_idare_olunmadigina_gore_belediyye_sedri_cezalanib-1297420

ŞƏRHLƏR