"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zığ qəsəbə sakinləri problemlə üz üzə qalıb?

--2018-01-08 / 16:24

Belediyye.infoya Suraxanı rayonu Zığ qəsəbə sakini Cəmilə Seyidi yaşadığı ərazidəki mövcud problemlə bağlı müraciət edib.

Xanım sakinin müraciətində qəsəbənin Nizami küçəsindəki  yolların bərbad olmasından, habelə ərazidə zibil qutularının olmamasından qəsəbə sakinlərinin əziyyət çəkdiyini bildirir : “Bir ildən çoxdur ki, küçəyə illərdən sonra içməli su xətti çəkilsə də tez tez su boruları partlayır, günlərlə su həyətlərə dolur, evlər nəm çəkir. Bununla bağlı  heç bir aidiyatı qurum bu barədə ölçü götürmür”

Sayt vasitəsiylə  qəsəbə sakini Suraxanı rayon icra Hakmiyyətinə və yerli bələdiyəyə müraciət edərək problemin aradan qaldırılmasıyla bağlı addımın atılmasını zəruri olduğunu bildirir.

Belediyye.info

P.S. Fotoları qəsəbə sakinləri gondərib

ŞƏRHLƏR