Suraxanı rayonu Zığ bələdiyyəsindən Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə qəsəbə icra nümayəndəliyi ilə birgə ötən il ərzində görülən işlər və 2016-cı ildə qarşıda duran vəzifələrlə bağlı sakinlərə hesabat veriblər. Hesabat yığıncağında rayon rəsmiləri, aparatın digər səlahiyyətli şəxsləri, qəsəbə ziyalıları və ağsaqqalları iştirak ediblər.
Zığ qəsəbəsi ərazisində yerləşən Mədəniyyət evində keçirilən yığıncağı Suraxanı Rayon icra Başçısının müavini E.Yolçiyev açaraq rayon icra hakimiyyətinin qəsəbədə atdığı addımlarla, 2016-cı ildə görüləcək işlərdən danışıb.
Yığıncaqda Zığ Qəsəbə Nümayəndəliyinin rəhbəri C.əhmədov və Zığ Bələdiyyəsinin sədri Kənan Nəsrullayev 2015-ci ildəki fəaliyyətlərindən ətraflı şəkildə iştirakçılara məlumat veriblər. Hesabatda həmçinin vətəndaşların şikayətləri dinlənilmiş, təklifləri müzakirə edilmişdir.
Belediyye.info