"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi 20 Yanvar günü ilə əlaqədar tədbir keçirib

--2019-01-20 / 18:34

Bu gün 20 Yanvar günü ilə əlaqədar olaraq Xəzər rayonu, Zirə qəsəbəsi, şühəda (şəhidlər) məscidində qəsəbə sakinlərinin, ziyalıların, şəhid ailələrinin iştirakı ilə məclis təşkil olunmuşdur.

Bu barədə məlumatı Zirə bələdiyyəsi yayıb.

Məclisdə Zirə qəsəbə sakini, 20 yanvarda şəhid olmuş Nüsrət Yaqubovun timsalında bütün şəhidlər anılmışdır. Bundan başqa əsirlikdə şəhid olmuş Zirə qəsəbə sakini Babayev Səfər Fəttah oğlunun ailəsinə yazdığı çox təsiredici son məktubu oxunulub, dinlənilmişdir.

Sonda ehsan süfrəsi verilmiş və N.Yaqubov və digər şəhidlərin məzarı ziyarət edilmişdir.Hər il olduğu kimi, 20 yanvar şəhid ailəsinə və xəsarət almış şəxslərə maddi yardım göstərilmişdir.

əlavə olaraq onu da qeyd etmək istərdik ki, Zirə bələdiyyəsi ötən il ərzində şəhidlərin xatirəsinə olaraq “şəhidlər bulağı” nı tikib istifadəyə vermiş.

Qarabağ şəhidi Teymurov Nadir Seyidrza oğlunun yararsız vəziyyətə düşmüş qəbri tamamilə yenidən qurulmuşdur.

Qarabağ şəhidi Ziya Ağayevin adına olan bulağ əsaslı təmir olunmuşdur.20 Yanvar şəhidi Nüsrət Yaqubovun adınıl daşıdığı 120 saylı orta məktəbdə yerləşən büstündə də cari təmir işləri aparılmışdır.

Zirə bələdiyyə sədri Anar Hüseynlinin veridyi məlumata əsasən gələcəkdə də bu kimi addımların atılmasını bələdiyyə olaraq qarşıya məqsəd qoyulmuşdur.

Belediyye.info

ŞƏRHLƏR