"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi daha bir layihəni başa çatdırdı

--2020-05-07 / 11:13

Zirə qəsəbə sakini Zeynalov Pərviz Haşum oğlu hərbi xidmətdə baş vermiş bədbəxt hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində 08.06.2019-cu il tarixdə vəfat etmişdir. Mərhumun atasının Xəzər rayonu Zirə bələdiyyəsinə müraciəti əsasında Zeynalov Pərviz Haşum oğlunun qəbir daşının düzəldilməsi üçün bələdiyyə büdcəsindən vəsait ayrılmışdır.

Ayrılmış pul vəsaiti hesabına mərhumun qəbir daşının düzəldilməsi məsələsi öz həllini tapmışdır.

Zirə bələdiyyəsi adından ailəsinə dərin hüznlə baş sağlığı veririk.

Zirə bələdiyyəsi

ŞƏRHLƏR