"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir

--2018-01-23 / 16:18

Zirə bələdiyyəsinin fəaliyyətində əsas məqsəd qəsəbənin aztəminatlı ailələrinə dəstək olmaq, qəsəbənin yaşıllaşdırılması və abadlaşdırılmasına çalışmaqdır. Vətəndaşların qəbulu, onların müraciətlərinin baxılması və həllinin təmin olunması daima diqqətimizdədir.

Bələdiyyələr özünüidarəetmə orqanı olduğu üçün, qanunla müəyyən edilmiş qaydada büdcəsi yerli vergi və ödənişlər əsasında formalaşır. Zirə bələdiyyəsi yığılan həmin məbləği qəsəbənin abadlaşdırılmasına, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, maddi köməyə ehtiyac olan qəsəbə sakinlərinin problemlərinin həllinə yönəltməklə bir neçə işlər görmüşdür.

Belə ki, 2017-ci ili ərzində qəsəbə ərazisindən məişət tullantıları gündəlik olaraq yığılmış və daşınmışdır.

Qəsəbə ərazisində əkilmiş ağaclara mütəmadi olaraq qulluq edilmişdir. 

17 yanvar 2017-ci il tarixdə Zirə Mədəniyyət Evində Xəzər Rayon icra Hakimiyyəti Başçısının qəsəbə sakinləri ilə görüşü keçirilmişdir. Görüşdə Zirə bələdiyyəsinin  2016-cı ildə gördüyü işlər barədə hesabatı dinlənmişdir.

“20 Yanvar” faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar bələdiyyə üzvləri tərəfindən şəhidlər Xiyabanı” ziyarət edilmişdir.

Bələdiyyə tərəfindən “20 Yanvar” şəhid ailəsi əskərova Dilşad əli qızı, “20 Yanvar” əlilləri Rzayev Elxan islam oğlu və Məmmədov Sahib Xanəhməd oğlunun hər birinə 50 (əlli) manat məbləğində maddi yardım göstərilmişdir.

O cümlədən, Qarabağ Müharibəsi əlilləri olan əliyev Xalid Fazil oğlu, əliyev Azər əlihümmət oğlu, əmirov Faiq Tarel oğlunun hər birinə 20 (iyirmi) manat məbləğində ərzaq yardımı göstərilmişdir.

 “Xocalı soyqrımı” hadisəsi ilə əlaqədar anım mərasimi təşkil olunmuş və “Xocalı soyqrımı” qurbanlarının xatirəsinə ucaldılmış abidə bələdiyyə qulluqçuları və üzvləri tərəfindən ziyarət edilmişdir. 

Bələdiyyələrlə iş Mərkəzindən daxil olmuş məktubla əlaqədar torpaq qanunvericiliyinin pozulması və torpaq sahələrinin özbaşına tutulmasının qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət olunması bələdiyyə üzvləri və qulluqçuları tərəfindən öyrənilməsi üçün onların nəzərinə çatdırılmışdır.

“8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə bələdiyyənin qadın kollektivi təbrik edilmişdir.

Xəzər rayonu Binə qəsəbəsində “Atçılıq kompleksi” ərazisində 18 mart 2017-ci il tarixdə keçirilmiş ümumrayon “Novruz bayramı”nın yüksək səviyyədə keçirilməsi üçün maddi köməklik göstərilmiş və bayram tədbirində bələdiyyə nümayəndələri iştirak etmişdir.

“31 mart Azərbaycanlıların soyqırım günü” ilə əlaqədar Xəzər rayon Mərdəkan qəsəbəsində keçirilən tədbirdə Zirə bələdiyyəsindən nümayəndələr iştirak etmiş və türk əsgərinin məzarı ziyarət edilmişdir.

Qala-Pirallahı magistral yolunun Zirə qəsəbəsinin ərazisindən keçən hissəsində qurumuş şam ağaclarının yerinə yeniləri əkilmişdir.

Zirə bələdiyyəsi tərəfindən Zirə qəsəbəsində yerləşən yeni qəbiristanlığda köməkçi tikililərin tikilməsi üçün sement və hasarlanması üçün mişar daşı alınmışdır.

Bələdiyyənin sosial proqramına əsasən on dörd nəfər qəsəbə sakininə və bir nəfər vətəndaşa isə yas mərasiminin keçirilməsində maddi köməklik göstərilmişdir.

Qurban bayramı ilə əlaqədar qəsəbədə 55 aztəminatlı ailəyə 1,5 kloqram qədərində qurban payı verilmişdir.

Zirə bələdiyyəsi tərəfindən Zirə-Türkan yolu istiqamətində yol ətrafında abadlıq işləri  aparılmışdır. Yeni çəkilməkdə olan Zirə-Türkan yolunun kənarı boyu hasarlar təmir olunması və divarlara mala çəkilməsi üçün qum və sement alınmışdır.

Zirə-Turkan yolu istiqamətində yol ətrafında abadlıq işlərinin aparılması və yaşıllaşdırma məqsədilə ağacların əkilməsi üçün ağac yerləri qazılmışdır, torfla qarışdırılmış torpaq, gübrə və səkilərin, hasarların rənglənməsi işləri görülmüşdür.

Zirə bələdiyyəsi üzrə vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilib qeydiyyata alınması davam etdirilir. Zirə qəsəbə sakinləri ilə görüş təşkil olunaraq onlara  2017-cı ili ərzində görülən işlər, büdcəyə daxilolmalar və xərclər barədə hesabat verilmişdir.

Zirə bələdiyyəsinə müxtəlif idarə və təşkilatlardan 2017-ci ili ərzində 93 məktub daxil olmuş və 187 məktub göndərilmişdir.

41 nəfər vətəndaş isə yazılı və şifahi müraciət etmişdir. Qəsəbə sakinlərinə 45 arayış verilmiş və 15 daxili əmr yazılmışdır.

Zirə bələdiyyəsinə daxil olmuş məktub və müraciətlərə vaxtında baxılmış və qanunvericiliyə uyğun şəkildə cavablandırılmışdır.

2017-ci ili ərzində bələdiyyə üzvləri ilə 13 iclas keçirilmişdir. Həmin iclaslarda müxtəlif məsələlər müzakirə edilərək hər biri haqqında müvafiq qərar qəbul edilmiş və icra olunmuşdur.

Zirə bələdiyyəsinin 01.01.2017-ci ilə büdcə qalığı 237 manat 28 qəpik olmuşdur. 2017-ci ili ərzində bələdiyyə büdcəsinə 58075 manat 54 qəpik vəsait daxil olmuşdur.

Gəlirlər

Bunun 39185 manat 64 qəpiyi torpaq vergisi, 8239 manat 90 qəpiyi əmlak vergisi, dotasiya 2850 manat, 7800 manatını isə icarə haqqı təşkil etmişdir.

Xərclər

Hesabat dövründə daxil olmuş vəsait bələdiyyə qulluqçularının əmək haqqına 19128 manat 16 qəpik, mükafata 2436 manat, 22% DSMF-na 4733 manat 36 qəpik, dəftərxana və təsərüffat xərclərinə 663 manat 36 qəpik, rabitə xərcinə 376 manat 80 qəpik, elektrik enerji xərcinə 456 manat 94 qəpik, qaz xərcinə 181 manat 10 qəpik, abadlığa 9370 manat, inventara 3242 manat 17 qəpik, Asosiasiyaya 960 manat, maddi yardıma 2505 manat və sairə xərclərə isə 8164 manat 49 qəpik xərclənmişdir. Cəmi xərclər 52217 manat 28 qəpikdir.

01.01.2018-ci ilə qalıq 6095 manat 54 qəpik olmuşdur.   

Zirə bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir, qəsəbənin daha da gözəlləşməsi və abadlaşması üçün daha mütəşəkkil işləməyi öz öhdəsinə götürərək onun icrasını layiqincə həyata keçirilməsini öz qarşısına məqsəd olaraq qoymuşdur.

 

Anar Hüseynli

Xəzər  rayon Zirə bələdiyyəsinin sədri

 

 

ŞƏRHLƏR